"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏTanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova BiG.AZ-ın qonağı olub.

Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:

Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?

Xoş gördük. İşlərim stabildir. Yenə Lider tv-yəm. "Retrolanç" proqramının aparıcısıyam. Lakin ara-sıra məni başqa proqramlarda da görə bilərsiniz. Kanalın simasıyam. Səliqəli şəkildə proqramımı aparıram. Efirlə bağlı yeniliklərim hələ ki, eynidir.

Efirdən əlavə məclislərdə də olursunuz. Toy və xına mərasimlərindən qazandığınız pul efir aparıcılığından gələn gəlirinizdən çoxdurmu? Əgər məclislər olmasaydı, təkcə efir aparıcılığından qazandığınız pulla özünüzü idarə edə bilərdinizmi?

Qətiyyən. Mümkün deyil. Çünki bir aylıq efirdən aldığımız maaş 6 saatlıq apardığımız toy məclisindən gələn gəlirə bərabərdir.Hətta deyərdim ki, daha azdır.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏGəlirinizi açıqlaya bilərsiniz?

Rəsmi əməkhaqqı 250 azn-dir.

İştirak etdiyiniz məclislərə gedərkən özünüz-özünüzə, yaxud da kiminsə sizə qadağa qoyduğu olubmu? Bu şeyləri etmək olmaz, yaxud da etməməliyəm...

Uzun illərdir el şənliklərində-toy və xına mərasimlərində aparıcılıq edirəm. Şükür ki, mənə bir qadağa qoyan olmayıb. Lakin mənim özümə qoyduğum bir qadağa var. Bəlkə də insanlar bunu bir qədər kobud qarşılayacaq. Səmimiyyətdən kənar da qarşılayanlar ola bilər. Kim necə istəyir, qəbul etsin. Mən məclislərdə musiqiçilərin masasında üzü monitora, arxam isə tamaşaçılara əyləşirəm. Bunun bir səbəbi var. Həm monitordan daha yaxşı görürəm, həm də insanların ailə məclisidir. 6-7 saat eyni yerdə əyləşirəm. Ola bilər ki, başımı qaldırıb eyni məkana baxaram bunu kənardan yalnış anlayarlar və o mənim adıma ayıb olar.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏMəclisdə başınıza gələn ən maraqlı, yadda qalan hadisə...

Ən çox qudalar arasında olan problemin şahidi olmuşam. Məsələn, qız tərəfi gəlib deyib ki, digər tərəfin valideynlərini yox, bizi təriflə. Digər tərəf də gəlib deyib ki, onların qonaqlarına yox, bizim qonaqlara diqqət ayır. Belə dəhşətli dərəcədə qalmaqallı hadisə olmayıb. Mən məclislərə çox məsuliyyətlə yanaşıram. Hər yerə gecikən Könül bircə bu məclislərə vaxtından tez gedir.

Adətən el şənliklərinə gedən məşhurlara içkili adamlar yaxınlaşıb narahat edirlər.

Mən məclislərə heç vaxt tək getmirəm. Mütləq yanımda kimsə olur. Köməkçi deməzdim, mənə dəstək olan biri. Mən xanım olduğuma görə mənə ümumiyyətlə yaxınlaşan olmur. Kimin nə sözü, sifarişi olsa ya musiqiçilərə, ya da mənim yanımda olan adama yaxınlaşıb deyir. Mən məclis başlamazdan öncə toy sahibləri ilə görüşüb lazı olan hər şeyi danışıram. Mən içkili adamla baş apara bilmərəm. Çünki sakit adam deyiləm.

Bir qızınız var. Onunla bağlı nə kimi planlarınız var?

İnci mənim tək sevgimdir. İnsanların sevgisi ikiyə bölünürsə: həyat yoldaşı və övladlarına, mənim sevgim isə təkdir. Bütün sevgim tam olaraq onda birləşib. İnci olmasaydı, mən 6 il öncə özümə qəsd edərdim, məhv olub gedərdim. Çox şeylər baş verə bilərdi. Çünki ailə həyatım uğursuz oldu. Mən sevib ailə qurduğuma görə bəzi şeyləri qəbullanmaq, uğursuzluqla baş aparmaq asan olmur. Lakin məni ayaqda tutan İncinin varlığı oldu. İncinin sayəsində toparlanıb ayağa qalxdım. Çox şükür ki, İnci hələ məni utandırmayıb. Şərəf lövhəsində şəkli olan, hər ayın sonunda məktəbdən uğurlu nəticələrlə gələn, başımı uca tutan bir övladdır. Buna görə çox xoşbəxtəm və sevgimin bölünməyini istəmirəm. İnsanın sevgisi ona fəxr verəndə belə olur.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏİncini hansı peşənin sahibi kimi görmək istərdiniz?

İnci çox hərdəmxəyaldır. Fikrini tez-tez dəyişir. Aparıcılıq və aktrisalıq bu uşaqlıq deyil. Gah moda evinin olmasını istəyir, dizaynerlik həvəsindədir, gah da rəssam olmaq istəyir.Hələ ki, bir qərar verməyib. Amma qərarı nə olursa, olsun. Hansı sahəi seçirsə seçsin, mən onun arxasındayam, yanındayam. İnsanın gərək genində bir problem, yanlış olmasın. Belə olanda hansı sahədə olursa olsun, uğur qazanacaq.

Keçmiş həyat yoldaşınız Elçinlə evlilik dönəminə qayıtmış olsaydınız nəyi dəyişmək istərdiniz? Bu ayrılıqda özünüzdə hər hansı bir səhvi görürsünüzmü?

Heç nəyi dəyişmək istəməzdim. Özümdə də qətiyyən səhv görmürəm. Ayrılığın səbəbi xəyanət idi. Dəfələrlə oldu və mən milyonuncu dəfə olanda bağışlamadım. Bunu özümə bağışlamadım. Bu gün mən o adam haqqında danışmaq istəmirəm. O adam yenidən ailə qurub və övladı var. Bunu eşitmişəm. Lakin qətiyyən o adamla maraqlanmıram. Yadıma belə düşmür. Allah yolunu açıq etsin. Heç bir pislik də arzulamıram . Bir övladı var, mən ona heç bir pislik arzu edə bilmərəm. Mən çox şükür edirəm ki, nə yaxşı ki, o ailəni qurdum. Çünki o ailə qurulmasaydı, İnci olmazdı. Mən İncinin varlığı ilə xoşbəxtəm. O insanla hazırda heç bir əlaqəm yoxdur. Əvvəllər İnciyə mesaj yazar, zəng edərdisə, iki ildir bu da yoxdur. İncinin 110 manat alimentini mənim kartıma köçürür sadəcə. Bu qədər. O uşaq haradadır, nə edir, necə yaşayır deyə heç maraqlanmır. Sanki belə biri yoxdur. İnci birinci sinifə gedəndə belə, nə gəldi, nə zəng etdi , nə də yazdı.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏHəmkarlarınızdan münasibətdə olmadığınız aparıcılar varmı?

Mənim tanışım çoxdur. Lakin dostum yoxdur. Bu sahədə də həmçinin. Hamı ilə eyni münasibətdəyəm. Təkcə Aytəkin Mərdanovanı çıxmaq şərti ilə. Aytəkin mənim ən yaxınımdır. Sanki qayınanamdır. Gün ərzində bir neçə dəfə danışırıq və günlük planlarımızı bir-birimizlə paylaşırıq. Mən 14 ildir efirdəyəm. Aztv məktəbi görmüş adamam. Heç vaxt əzbərçi kəlmələrlə efirə çıxmamışam. Bu gün də mütaliə ilə məşğul oluram. Heç kimlə də yaxın əlaqə qurmuram. Nəsə lazım olanda, sözüm olanda zəng edirəm, deyirəm. Boş yerə kiməsə necəsən? nə edirsən? deyib yazmıram. Çünki bilirəm ki, yaxın əlaqədə olanda söz-söhbət də çox olur. Ondan buna söz aparıb gətirən çoxdur. Mənə bu lazım deyil. Sabah deməsinlər ki, filan saytda İncinin anasından yazıblar. Mən indi daha çox qızım üçün yaşayıram. Bütün əziyyətim, özümə qadağalarım da buna görədir. Ona görə də kimsə deyə bilməz ki, Könül gecə klubunda görünüb, yaxud filan yerdə olub. Mümkün deyil. İşim qurtaran kimi evimə, qızımın yanına gedirəm.

Humay Muxtarova ilə soyadlarınız eyni olduğuna görə sizi qohum bilirlər...

Hə elədir. Çoxu bizi bacı bilir. Lakin elə deyil. Nə bacıyıq, nə də qohum. Biz sadəcə həmkarıq. Münasibətimiz də sadəcə tədbirlərdə bir-brimizi görəndə verdiyimiz salamdan ibarətdir. Bu qədər.

Bu yaxınlarda aparıcı Xəyalə Quliyeva müsahibəsində "Evlilikdə bakirəlik vacibdir" dedi. Bu fikirə münasibətiniz necədir?

Bu mövzularda danışmaqdan utanıram. Lakin onu deyim ki, mən tələbkar adamam və bu fikirlə də razıyam. İstisnalar olur. Bilmirik başımıza nə gələcək. Amma biz Azərbaycanda yaşayırıq və bu bizim üçün vacibdir. Abır-həya yaxşı şeydir. Biz müsəlmanıq, azərbaycanlıyıq. Əlbəttə, evlilikdə də bakirəlik vacibdir.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏMəşhurlar sosial media hesabında cinsi azlıqları reklam edirlər. Belə deyək də, gedib onların yanında saç düzəltdirir və paylaşaraq reklam edirlər. Bu da izləyicilər tərəfindən birmənalı qarşılanmır. Sizin buna münasibətiniz necədir?

İnsanların hər halına anlayışla yanaşıram. Yenə deyirəm ki, bilmirik ki, başımıza nə iş gələcək. Elə insanlar çıxıb elə fikirlər deyirlər ki, mənim savadım çatmır. Hər qoyun öz ayağından asılır. Onun yaşam tərzinə, etdiklərinə görə o özü cavab verəcək. Mən, sən yaxud bir başqası cavab verməyəcək ki. Öz həyatıdır, özü bilər. Onun bizə bir zərəri yoxdursa, bizim onunla nə işimiz var axı? Düzdür, pis örnək ola bilərlər, bu arzuolunmaz haldır. Lakin normal görünüşlü o qədər adam var ki, cəmiyyəti korlayırlar.

Nadir Qafarzadə belə bir açıqlama vermişdi ki, "İnstaqrama girən qadınların 70%-i fahişələrdir". Bilirik ki, sizin də Nadirlə yaxın münasibətiniz var. Siz də instaqramdan aktiv istifadə edirsiniz...

Nadir Qafarzadə mənim ürəyimdir. O, hər zaman dilinin bəlasına düşüb. Nadir bu açıqlamada da demək istəyib ki, instaqrama girənlərin çoxu, hətta 70%-i pozğunlardır. Bunu elə bir cəsarətlə, elə bir tərzdə deyib ki, hətta məni də o cərgəyə qatıb. Mən onu deyim ki, kaş ki, çoxlarının ürəyi Nadir kimi olardı. Adam sözün düzünü deyib. Amma bir şey də var ki, o qədər sosial şəbəkələrdən istifadə etməyib, pis-pis işlərlə məşğul olan adamlar da var ki… Yəni bu şeylər sosial şəbəkələrin varlığı ilə ölçülmür.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏİnstaqram fenomenləri və onların qazandıqları pullar... Sizcə instaqram bir günlük yox olsa, ortada kimlər qalacaq?

Nadir Qafarzadənin dediyi 70% gedəcək, yerdə qalan 30 % olacaq. Onlar da artqı öz işləri ilə həqiqətən hörmət qazananlardır. İndi efirə çıxmaq istəməyənlər, o zaman yalvaracaqlar ki, " bizi efirə dəvət edin də". Amma sosial şəbəkələr bağlansa, ürəyimiz partlayar. Hər dəfə tıxacda qalanda açıb instaqrama girirəm ki, görəsən kim nə paylaşıb. Ən geci hər 10 dəqiqənin tamamında mən instaqrama girirəm. O qədər bağlıyam yəni.

Gözəl xanımsınız. Evlilik təklifləri yəqin ki, olur. Vəziyyət nə yerdədir?

Münasibət mənfi 40 dərəcə.Yay gəlsəydi, mənim də bu sevgimin donu açılardı. Mən sevməyi sevirəm. Sevilməyi ondan da çox sevirəm. Mən sevilsəm, gözlərimin içi parıldayar. Yalandan deyə bilmərəm ki, sevdiyim biri var. Heç kəs yoxdur. Mən də istəyərəm olsun. Amma insanlara qarşı güvənsiz olmuşam. Bu da elə onların özlərinin sayəsində olub. Təbii ki, özümdə də səhvlər var. Problem ondadır ki, mən qarşımdakı insana həddindən artıq hörmət qoyub, inanıram. Mən öz günlük qrafikimi unuduram, lakin qarşımdakı insanın hər şeyini yadda saxlayıram. Bu normal deyil. Belə olduqca əzilən, yalnış anlaşılan biri olursan.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏBu ildən gözləntiləriniz...

2020-ci il mənim ilim olacaq. Belə hiss edirəm.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏŞahidə Balayeva
Lamiyə Məmmədova
Foto: Leyla Mustafazadə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 6515   Tarix: 05 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ

Azərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov -ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:. Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm"

30.01.2020 3689
.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043
.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134