"Təlim ordunun döyüş qabiliyyətinin artırılmasında mühüm əhəmiyyətə malikdir" - RƏY

"Təlim ordunun döyüş qabiliyyətinin artırılmasında mühüm əhəmiyyətə malikdir" - RƏYTarixin müxtəlif dövrlərində təlimlərə dəyər verən məşhur hərb xadimləri belə hesab ediblər ki, təlim mühüm hərbi əməliyyat planı olaraq orduda şəxsi heyətin döyüş vərdişlərinin möhkəmlənməsində və hərbi qulluqçuların qələbəyə inamının güclənməsində əsas əhəmiyyət kəsb edir.

"Report"un məlumatına görə, ehtiyatda olan polkovnik-leytenant Arif Pənahlı bildirib ki, son illər Azərbaycanın ordu quruculuğunda xüsusi önəm verilən məsələlərdən biri də müxtəlif təyinatlı hərbi bölmələrdə təlimlərin müntəzəm keçirilməsidir:

"Bəzi hallarda ehtiyatda olan hərbi mükəlləfiyyətlilərin də təlimlərə cəlb edilməsi başadüşüləndir, çünki ordumuzun hərbi arsenalına daxil edilən müasir silah və texnikaların döyüş sirlərinin öyrənilməsi baxımından bu olduqca vacibdir. Ümumiyyətlə, təlim əsgərin də, zabitin də, gizirin də həyatında əhəmiyyətlidir. Çünki belə sınaqlar onların hərbi bacarığını təsdiqləməklə yanaşı həm döyüş ruhunu artırır, həm də hərbi vərdişləri daha da təkmilləşdirir. Dünya şöhrətli sərkərdə Suvorov əbəs deməyib ki, təlimdə tər axıdan, döyüşdə qan tökməz. Deməli kim təlimdə fərqlənirsə, hərbi əməliyyatda üstünlük onun tərəfindədir".

"Təlim ordunun döyüş qabiliyyətinin artırılmasında mühüm əhəmiyyətə malikdir" - RƏYA.Pənahlı deyib ki, bəzi hərbi ekspertlər, beynəlxalq səviyyəli analitiklər Azərbaycanı müharibəyə hazırlaşmaqda qınayır, bu məqsədlə ordumuzda təlimlərin tez-tez və geniş miqyasda keçirlməsini pisləyirlər: "Amma bir həqiqəti etiraf etməyi istəmirlər ki, uzun illərdir müharibə şəraitində olan, torpaqlarının bir hissəsi işğala məruz qalan və bir milyondan artıq vətəndaşı didərgin, köçkün vəziyyətində yaşayan məhz Azərbaycandır. İşğalçı Ermənistanın təcavüzkarlıq niyyəti illərdir ki davam edir və buna görə də sülh danışıqlarında heç bir nəticə əldə olunmur. Məhz bu baxımdan Azərbaycan haqlı olaraq müdafiə potensialını gücləndirir. Deməli, işğalçı tərəf öz çirkin təcavüzkarlıq mövqeyindən əl çəkmirsə, onda dövlətimiz beynəlxalq hüquqla təsbit olunmuş ərazilərini istənilən vasitələrlə azad etməyə hazır olmalıdır.

"Təlim ordunun döyüş qabiliyyətinin artırılmasında mühüm əhəmiyyətə malikdir" - RƏYMüdafiə Nazirliyinin Mətbuat Xidməti tərəfindən yayılan məlumatda göstərildiyi kimi, hazırda Azərbaycan Ordusunun şəxsi heyəti cəbhə xəttində növbəti genişmiqyaslı döyüş təlimi keçirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında və ordunun illik döyüş hazırlığı planına müvafiq olaraq keçirilən təlimə müxtəlif təyinatlı döyüş bölmələri cəlb olunub. Müdafiə Nazirliyi rəhbərliyinin iştirak etdiyi təlimin cəbhə xəttində baş tutması yenə də düşmənlərimizin canına vəlvələ salıb. Artıq işğalçı Ermənistanın özündə də çoxsaylı politoloq və ekspertlər bu təlimlərdən danışaraq Azərbaycanın məqsədyönlü şəkildə geniş hərbi əməliyyatlara hazırlaşdığını israrla bildirirlər. Bəzi sapı özümüzdən olanlar isə belə təlimlərin hansısa çirkin niyyətlə keçirildiyinə işarə edirlər. Belə bədxahlar Vətənini, millətini düşünməyən və düşmənlə iş birliyində olan qüvvələrdir.

"Təlim ordunun döyüş qabiliyyətinin artırılmasında mühüm əhəmiyyətə malikdir" - RƏYTəkcə düşmənlərimiz deyil, müstəqil Azərbaycanımızın beynəlxalq arenada gündən günə artan nüfuzuna kölgə salmağa çalışanlar da birdəfəlik başa düşməlidirlər ki, dövlətimiz iqtisadi gücünü artırdıqca, hərbi qüdrətini də gücləndirəcəkdir. Elə təlimlərin keçirilməsində də məqsəd Azərbaycan Ordusunun döyüş qabiliyyətini daha da gücləndirməkdir. Güclü, qüdrətli ordumuz isə üzərinə düşən ən vacib tapşırığı yerinə yetirməyə – torpaqlarımızı işğaldan azad etməyə tam qadirdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 678   Tarix: 04 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 219
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 302
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 178
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

19.04.2024 252
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 155
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 183
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 295
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 740
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 769