"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏKomediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev BiG.AZ-ın qonağı olub.

Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub.
Sözügedən müsahibəni təqdim edirik:

Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərdə yüksək qonorar tələb edirsiniz. Ən çox qonorarı hansı filmə görə almısınız?

Təkcə mən yox, bir çox aktyorlarımız var ki, onlar çəkildikləri filmlərdən yüksək qonorar alırlar. Çünki bizim çəkildiyimiz filmlər reytinq qazanıb, tamaşaçıların marağında olub. Ola bilər ki, bəzi filmlərimiz də eyni hal olmasın. Lakin ümumi vəziyyət belə olub.

Film komanda işidir. Elə prodüserlər olur ki, işi düzgün qura bilmir. Düşünür ki, mənim əlimdə 100 min manat pulum var. Bunun böyük qismini ayırım əsas personaja, qalanını da ucuz edim. İş keyfiyyəti zəif olan operator, rejissor olsun. Texnikanı ucuz götürüm. Əsas filmdə oynasın Fərda, Müşfiq, Elməddin və biletlər satılsın. Bunu düşünmək belə yanlışdır. Filmdə aktyorların gücü nədirsə, ümumilikdə komandanın gücü də elə olmalıdır. Biri zəif, biri güclü olanda istənilən effekt alınmır. Uğursuz bir iş alınır. Amma bizim uğurlu işlərimiz daha çox olub. Mənim prodüserlik etdiyim "My name is İntiqam", "Gizlənpaç" , "Kəklikotu" filmləri , xüsusən də "Kəklikotu" bu gün Azərbaycanda rekordları qıracaq qədər baxılıb. 200 minə yaxın baxılıb. Azərbaycanda hələ bu qədər çox izlənən ikinci bir film yoxdur. Bu tərz filmləri sevib izləyən kütlə var. Demək ki, tələbat da var. Ona görə də çəkdiyimiz əziyyətin qabağında ona uyğun qonorar da tələb edirik. Ən çox qonorarı "Kəklikotu" filmində almışam.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏƏvvəllər belə qonorarlar tələb edə bilmirdik. Üz tuturduq toylara, məclislərə. Aparıcılıq etdiyim məclislərdən 1000-1500 manat qazanırdım. Amma indi elə deyil. Mən şəxsən 6 ildir ki, toylara getmirəm. Dəvət edənlər çox olur. İstər burada, istərsə də Rusiyada. Çox yaxşı da pul təklif edirlər. 3000 manat edən də olur, 5000 manat da. Mənim o pula ehtiyacım var, lakin özümü sırf filmlərimlə məşğul edirəm. Buna görə də getmirəm. Film aktyoru toy aparıcılığı üçün getməməlidir. İzləyici onu gəlib efirdə bəyənir, izləyir və pərəstiş edir. Lakin daha sonra gəlib qohumunun toyunda "Bəh bəh bəh, eşq olsun" deyən görür, gəlir biri deyir mənim üçün "ləzginka", mənim üçün filan mahnını təşkil et və bununla da həmin o aktyor adiləşir, gözdən düşür. Film aktyoru kimi onun heç bir səviyyəsi, hörməti qalmır. Buna görə də mən bacardığım qədər gələn təklifləri rədd edirəm.

[b]Rasim Balayevin "Meymunluğu sənətlə səhv salıblar" sözlərinə reaksiyasız qalmadınız. Bu barədə danışaq. İndi münasibətlər necədir? Xəbəriniz varmı bilmirəm, hazırda səhhəti ilə bağlı problemləri də var. Yanına getməyi düşünürsünüz?[/b]

Bax, saytların bu işini sevmirəm ki, müsahibə verirsən sonra götürüb səhv formada başlığa çıxarırlar. O vaxt bununla bağlı mənə sual verdilər, mən də öz fikrimi bildirdim. Sonra gördüm ki, götürüb başlığa çıxarıblar ki, "Müşfiq Şahverdiyev Rasim Balayevə cavab verdi". Bu düzgün deyil axı. Müşfiq Şahverdiyev Rasim Balayevə necə cavab verə bilər. Onun sənətdə etdikləri, yaşda məndən nə qədər böyük olması göstərir ki, mən ona cavab verə bilmərəm. Bu mədəniyyət baxımından da mənə yaraşmaz. O, sözünü deyə bilər. Böyükdür. O, bizim ağsaqqalımızdır. Səhvimizi deməsi də yaxşıdır. Mən özümdə zəif bir tərəfimi görən kimi onu gücləndirməyə cəhd göstərirəm.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏAllah şəfa versin Rasim Balayevə. O, bizim dəyərli sənətçilərimizdəndir.

Hər aşiqin öz dövranı var. Hər bir aktyorun fəaliyyət göstərdiyi dövrdə onu sevən, izləyən, pərəstiş edən bir kütlə olur. Bizdən əvvəlkilər üçün olub, bizim üçün də var. Biz gedəcəyik, gənc nəsil gələcək, onlar üçün də həmin kütlə olacaq. Bu gün bizə tələbat var. Bizim filmləri sevən, izləyən bir kütlə var.

Bu gün kliplərdə, filmlərdə çəkilənlərin çoxu modellərdir. Xarici görünüşünə görə təbii ki. Sizcə bu doğru bir şeydir?

Şou-biznesin inkişaf etdiyi böyük ölkələrdə klip və reklamlara modellər daha çox çəkilir. Lakin orada belə bir məsələ var ki, modellərin öz məktəbi, kursları var. Onlar orada təkcə podiumda gəzməyi deyil, ümumilikdə aktyorluq bacarığına da yiyələnirlər. Bu gün izlədiyimiz bir çox xarici filmlərin qəhrəmanları elə model olub, daha sonra aktyor olanlardır. Bu gün elə o baş bu başa getdin, iki dənə paltar geyindinsə, olursan model. Təbii ki, bu modellərin filmə, yaxud klipə çəkilməsi yolverilməzdir.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏNiyə bu gün bizim ölkənin məhsulu olan filmlər dünya kinosu ilə müqayisəyə çıxarılanda uğurlu hesab olunmur?

Rejissorlar çox zaman filmə maliyyə ayıran şəxsi aldadırlar. Bilirsiniz necədir, insan gərək bacardığı işi etsin. Görürsən ki, bir-iki aktyor, rejissor dostu olan biri deyir ki, gəlin bir film çəkək. Zəng edirlər buralardan xəbəri olmayan, Rusiyada yaşayan imkanlı dostlarına ki, bizə 200 000 manat göndər film çəkək. Burada filmlər "partladır", yaxşı pul gəlir. O da düşünür ki, 50 000 xeyri olar. Göndərir pulu. Kino çəkirlər. Baxılmır, kino-teatrlar qəbul etmir. Arada pullar yeyilir. Bir də təcrübə olur ki, hə adamlar film çəkdi də. Belə bir vəziyyətdə filmin inkişafından söhbət gedə bilməz. Konkret işlər görülməlidir. Bu işlərə baxan , nəzarət edən, qaydalar qoyan bir adam olmalıdır. Dövlət tərəfindən təyin olunan bir adam olmalıdır. Yığışıb bu təklifi irəli sürsək, bəlkə də bir şey alındırmaq olar. Həmin adam baxsın ssenariyə, əgər bəyənsə, maraqlansın ki, hansı rejissor çəkəcək, hansı aktyorlar obraz canlandıracaq. Bütün bunlarla maraqlanandan sonra həmin təşkilat qərar versin ki, filmi çəkmək olar ya yox. Yoxsa ki, hər yerindən duran film çəkir, efirlərə buraxırlar. Bu da tamaşaçının zövqünü korlayır. O ki, qaldı dünya kinosu ilə müqayisə olunacaq filmlərimizə, hələ ki, elə bir film yoxdur.

Film bazarına o qədər bu barədə biliyi, anlayışı olmayan adamlar gəldi ki… Hər yerindən duran bura axışdı. Bir şey dəbə düşən kimi hamı ona maraq göstərir. Biz o qədər qısqanc millətik ki, heç vaxt bir-birimizin uğuruna sevinmirik. Elə öz həmkarlarımdan götürürəm. Üzümə gülüb, birlikdə oturub yeyib içirlər. Efirlərə çıxıb danışanda bizim adımızı çəkmirlər. Bizim qazandığımız uğurlar, ərsəyə gətirdiyimiz işlərdən bəhs olunmur.

2014-cü ilin noyabr ayının 28-də Nizami kino mərkəzində "My name is İntiqam" filminin qala gecəsi oldu. Bununla da Azərbaycanda ilk dəfə qala gecəsini təşkil edən mən olmuşam. 2013-cü ildən mənim əlimdə ssenari olub. Lakin maddiyyat imkan verməyib ki, mən filmi çəkim. Axırda gedib Moskvada yaşayan dostlarımızdan pul alıb gəldim və filmi çəkdim. Ondan sonra çəkilən filmlər "My name is İntiqam"-ın dalınca gələn filmlər olub.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏFilmin baxılması, reytinqlər qazanması üçün vulqar sözlərdən istifadə etmək, açıq-saçıq səhnələrin çəkilməsi nə qədər doğrudur?

Mən həmişə marağında olmuşam və kinoteatrlara gedib izləmişəm. "Receb İvedik" və bu kimi komediya filmlərində yetərincə vulqar sözlərdən istifadə olunur. Bizim xalqın nümayəndələri də gedib çox böyük maraqla izləyib, üzlərində gülüşlə çıxırlar. Qadın, kişi, hətta uşaqları ilə gedənlər belə var. Lakin bizim yerli filmlərimizdə belə bir şeylər olanda topa tuturlar. Qəbul etmirlər.

Kino mədəniyyətdir və ən yaxşı təbliğatdır. Kino çəkilirsə, tamaşaçıya təqdim olunursa, bir mesajı da olmalıdır. Boş-boşuna olmamalıdır. Bu gün bizim film mövzusunda çox problemimiz var. Ssenarist də problemdir, rejissor da, aktyor da. Biz işləmirik. Ordan-burdan götürüb, özümüz də bir az əlavələr edib ortalığa qoyuruq. Lakin tamaşaçıya yeni mövzular lazımdır. Bu günün istəklərini izləyiciyə vermək lazımdır. Sosial şəbəkələrdə gündəm yaradan mövzuları filmə salmaq mənasızdır. O mövzu sabah gündəmdən düşəcək, gələcək nəsil söhbətin nədən getdiyini də anlamayacaq. Niyə köhnə filmlərimizi hələ də eyni həvəslə izləyirik? Çünki bu gün də orada zəmanəmizə güzgü olacaq mövzular var.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏTamaşaçılar sizi həmişə komediya aktyoru kimi görüb. Nə zamansa, özününzü dram janırında sınamaq istərdinizmi? Fikrinizcə bu sizdə alınar?

Mən universitetdə dram aktyorluğu üzrə təhsil almışam. "Gizlənpaç" və "Gələrsən görərsən" filmlərində də canlandırdığım obrazlarda dramatik səhnələr olub. Mən dramı yaxşı bacarıram. Qismət olsa istərəm ki, bir filmdə sırf dram oynayım. İnanıram ki, özümü tam olaraq tamaşaçıya çatdıra biləcəm.

Əldə olunan uğurlar, qazanılan pullar sizi özündən razı biri edə bildi?

Xeyr. Mən belə bir şey hiss etsəm, özüm-özümü tənqid edərəm. Mən köhnə dostlarımla hələ də yoldaşlıq edirəm. Heç kim deyə bilməz ki, Müşfiq indi özündən razı olub. Əvvəl evsiz-eşiksiz, pulsuz vaxtlarımda necə idimsə, indi də eləyəm. Bizi tamaşaçı ona görə səmimi biri kimi tanıyır ki, biz əvvəllər bir siqareti növbəli çəkdiyimiz günləri unutmuruq.

Tamaşaçılar məşhurların sənətlərindən çox onların şəxsi həyatları ilə də maraqlanırlar. Bu daha çox sənət üzdə olduğuna görə də olur. Yəni, insanların görünməyən tərəfləri onların ətrafı üçün daha maraqlı olur. Bir çox məşhurlar ailələrini efirlərdən, sosial şəbəkələrdən uzaq tuturlar. Sizin buna münasibətiniz necədir?

Mənim münasibətim normaldır. Toya-bayrama gedəndə həyat yoldaşımızın üzünü bağlamırıq ki, o zaman sosial şəbəkələrdə yaxud da proqramlarda görünməsində də bir qəbahət yoxdur. Adamın bir ayıbı olanda gizlənməyə, gizlətməyə cəhd göstərər. Ya xanımın danışıq tərzi yoxdur, ya da üzdən eybəcərdir. Başqa adam niyə gizlətməyə çalışa ki?! Mən daim həyat yoldaşımı efirə də çıxarmışam, sosial şəbəkələrdə də şəklimizi paylaşmışam. Şükür Allaha, ailəmlə birlikdə alnı açıq adamlarıq. Heç bir problem də yoxdur.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏMüsahibələrinizdən birində demişdiniz ki, anam istəyir həkim qızla evlənim. Lakin bildiyim qədəri ilə xanımınız ingilis dili müəllimdir. Seçim özünüzün oldu ya ailənin?

Həyat yoldaşım müəllimdir. Ukraynada İqtisad universtetini bitirib. Öz seçimim oldu. Bizim ailə dostlarımız var, onların sayəsində bir-birimizi tanıdıq, sevib evləndik. Həkim deyil, lakin uşaqlarımızın savadlı böyüməsinin təminatçısıdır.

Övladınızın ad günündə plakata ananız qucağında sizin övladınızın fotosu vurulmuşdu. İzləyicilər tərəfindən birmənalı qarşılanmadı. Niyə məhz sizin ananızın fotosu qoyuldu ora? Yəni hər hansı bir məqsəd var idimi, ya ad günü idi, ya da uşağın əziyyətini o daha çox çəkib?

Çünki həmin gün həm də mənim anamın doğum günü idi. Ona görə də hər iksinin də fotosunu vurduq və ad günlərini qeyd etdik.

Səmimi müsahibəyə görə təşəkkür edirik.

Mən də təşəkkür edirəm. Maraqlı söhbət oldu.
"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏLamiyə Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 6039   Tarix: 03 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043
.

"O mənə görə maşınını satıb müalicəyə göndərdi" - xərçənglə mübarizə aparan Zülfiyyədən heç yerdə eşitmədiyiniz ETİRAFLAR

ın növbəti müsahibi ağır xəstəliyə qalib gələn tanınmış aparıcı, hüquqşünas Zülfiyyə Bayramovadır. "Ölümdən heç vaxt qorxmadım" cümləsi ilə müsahibəyə başlayan aparıcı xəstəliklə sözün həqiqi mənasında var qüvvəsi ilə mübarizə aparıb. Zülfiyyə Bayramova ilə səmimi müsahibəni sizə təqdim edirik:

06.09.2019 4222
.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

Bu da Afət Fərmanqızının HEÇ YERDƏ GÖRMƏDİYİNİZ OĞLU - FOTO

Müğənni Afət Fərmanqızı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Afət "İnstagram" hesabında yeni foto paylaşıb. Fotoda müğənninin oğlu da yer alıb. Afət şəkli paylaşaraq oğlunun üzünü gizlədib. İzləyiciləri onun bu addımını birmənalı qarşılamayıb. Həmin fotonu təqdi

19.05.2021 13239
.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471
.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628