Bakalavrdan birbaşa doktoranturaya qəbul olunan İLK AZƏRBAYCANLI PİANOÇU

Bakalavrdan birbaşa doktoranturaya qəbul olunan İLK AZƏRBAYCANLI PİANOÇU21 yaşlı Murad Abasov bakalavrdan birbaşa doktoranturaya qəbul olunan ilk azərbaycanlı pianoçudur.

Bakalavrdan birbaşa doktoranturaya qəbul olunan İLK AZƏRBAYCANLI PİANOÇUBiG.AZ-ın verdiyi məlumata görə, Bakı şəhərində anadan olan Abasov 2004-cü ildə 244 saylı tam orta məktəbin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının fortepiano ixtisası üzrə 1-ci sinfinə daxil olub və 2015-ci ildə 11-ci sinfi bitirib.

Bakalavrdan birbaşa doktoranturaya qəbul olunan İLK AZƏRBAYCANLI PİANOÇUHəmin ildə də Almaniyanın Trossingen şəhərində Dövlət Musiqi Universitetinə qəbul olaraq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həmin universitetdə təhsil alıb.

2019-cu ildə universitetin bakalavr pilləsini əla qiymətlərlə bitirən pianoçu XXI əsrdə bakalavrdan birbaşa doktoranturaya qəbul olan ilk azərbaycanlıdır.

Həmçinin, 2019-cu ilin sentyabr ayından Almaniyanın ən prestijli musiqi müəssisələrindən olan Ulm musiqi məktəbində fortepiano müəllimi kimi işə qəbul olunub. Murad həm də Ulm musiqi məktəbində ən gənc müəllim kadrıdır.

Lakin onun uğurları bununla bitmir.

Bakalavrdan birbaşa doktoranturaya qəbul olunan İLK AZƏRBAYCANLI PİANOÇUMurad Abasovun adı, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 mart tarixli 2111 nömrəli Sərəncamına əsasən, Azərbaycanın gənc istedadlarının «Qızıl kitabı»na yazılıb və o, Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.

Murad Abasov kiçik yaşlarından tanınmış pianoçu-pedaqoqların ustad uğurlu tələbəsi olub, bir sıra konsertlər verib, ölkəmizdə və ondan kənarda keçirilən müxtəlif müsabiqələrin laureatı olub.

2010-cu ildə Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin laureatı adına və I yerə, eyni zamanda P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının medalı və Yunesko tərəfindən verilmiş xüsusi diploma layiq görülmüşdür.

2012-ci ildə Bolqarıstanın Dobriç-Albena şəhərlərində keçirilən XVII «Ümidlər. İstedadlar. Ustadlar» adlı müsabiqədə I yerə və «Qran-Pri» nominasiyasında namizədliyə layiq görülmüşdür.

Hələ 15 yaşında ikən Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestri ilə Azərbaycan Dövlət Filarmoniyasında və Qəbələdə keçirilən VI Beynəlxalq festivalda Ferens Listin mürəkkəb konsertini ifa edərək, bu yaşda hər ifaçıya nəsib olmayan müvəffəqiyyət əldə etmişdir.

Almaniyada təhsil aldığı müddətində beynəlxalq müsabiqələrdə Azərbaycanı yüksək səviyyədə təmsil edib:

2016-cı ilin 23 – 27 may tarixlərində Almaniya Federal Respublikasının Myulakker şəhərində "Musical fireworks in Baden Wurttenberg" ("Baden-Vyurtenberqdə musiqi istedadları") adlı beynəlxalq müsabiqədə iştirak edib və ən yüksək mükafata – "Assoluto" ("Absolyut") mükafatına layiq görülüb. Müsabiqənin münsiflər heyətinin üzvü Tamara Poddubnaya Muradın ifasını yüksək qiymətləndirərək onun sinfində təhsil alması üçün ABŞ-nın "Loung Island Conservatory"na dəvət edib.

2016-cı il 28 – 31 iyul tarixlərində Almaniya Federal Respublikasının Geilenkirchen şəhərində keçirilən "Euregio Piano Award" adlı IV Beynəlxalq müsabiqədə iştirak edib. İştirakçılar arasında (18-35 yaş) ən kiçik yaşlı ifaçı və yeganə azərbaycanlı olmasına baxmayaraq, burada da o, böyük uğur qazanaraq ən yüksək balla I yerə layiq görülmüşdür. Muradın məhz bu çıxışı Almaniya mətbuatında "Ən böyük alqışa səbəb olan ifa" başlığı ilə dərc olunan məqalədə işıqlandırılıb.

Bakalavrdan birbaşa doktoranturaya qəbul olunan İLK AZƏRBAYCANLI PİANOÇU2016-cı ilin 10 – 14 dekabr tarixlərində Türkiyənin Bursa şəhərində keçirilən beynəlxalq piano müsabiqəsində iştirak edib və ən yüksək nəticə göstərərək I yerə layiq görülüb.

2017-ci ilin 2 fevral tarixində Azərbaycan Respublikasının "Gənclər mükafatına" layiq görülüb.

2017-ci il 1 – 5 avqust tarixlərində İtaliyanın Berqamo şəhərində keçirilmiş beynəlxalq piano müsabiqəsində I yerə layiq görülüb.

2018-ci ilin iyun ayında İtaliyanın Milan şəhərində keçirilən "Pianotalents" beynəlxalq müsabiqəsində də uğur qazanaraq II yerə layiq görülüb.

2018-ci ilin 2 – 7 oktyabr tarixlərində Çin Xalq Respublikasının Çanqşa şəhərində keçirilən "2nd Changsha Open İnternational Piano Competition" müsabiqəsində çıxış edərək xüsusi mükafata layiq görülüb. Bu nüfuzlu müsabiqənin seçim turunda 300 nəfərdən 24 iştirakçı arasına düşərək yeganə azərbaycanlı kimi ölkəmizi layiqli təmsil edib.

Almaniya, Bolqaristan, İtaliya, Türkiyə və Polşada Murad solo konsertlərlə çıxış edib. Onun konsertləri haqqında məqalələr Almaniya mətbuatında geniş işıqlandırılıb.

2019-cu ilin 12, 13, 21 dekabr tarixlərində müxtəlif repertuarlarla Ankarada müvəffəqiyyətlə çıxış edib.

2020-ci il 7 fevral tarixində Almaniyanın Tübingen şəhərində solo konsertlə çıxış edib.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2542   Tarix: 02 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490