Tovuzda avtomobil qaçıran şəxs saxlanıldı

Tovuzda avtomobil qaçıran şəxs saxlanıldıGədəbəy rayon sakininin avtomobili qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 28-də Tovuz rayonunun Ceyrançöl adlanan ərazisindən Gədəbəy rayon sakini A.Məmmədova məxsus "VAZ-21015" markalı avtomobilin qaçırılması barədə Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Tovuz və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Veyisov saxlanılıb.

Araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 449   Tarix: 29 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş