Məktəbli anasına əl qaldıran atasını güllələdi

Məktəbli anasına əl qaldıran atasını güllələdi

16 yaşlı məktəbli anası ilə dava edən atasını güllələyərək qətlə yetirib.

Bu barədə “HaberGlobal” məlumat yayıb. Bildirilir ki, dəhşətli hadisə Türkiyənin Adıyaman vilayətində baş verib.

16 yaşlı Ş.Ö. evdə atası ilə anasının münaqişəsinin şahidi olub. Atası Mehmet Özer anasına əl qaldırdıqda isə o, özünü saxlaya bilməyib, evdə olan silahla atəş açıb.

Xəstəxanaya yerləşdirilən kişi həkimlərin səyinə baxmayaraq, ölüb.

Ş.Ö. saxlanılıb. Hadisə ilə bağlı istintaqa başlanılıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1459 Tarix: 28.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər