Samirədən "Eurovision"la bağlı açıqlama

Samirədən "Eurovision"la bağlı açıqlama

Bu gün İctimai Televiziya azərbaycanlı builki “Eurovision” müsabiqəsində müğənni Samir Əfəndinin təmsil edəcəyi barədə məlumat yayıb.

BiG.AZ xəbər verir ki, sənətçi özü də bu barədə paylaşım edib.

“Günün ən gözəl xəbəri! Azərbaycanı təmsil edəcəyim üçün çox şadam. Mənə inanan hər kəsə təşəkkür edirəm! Avropada musiqimizlə səs salmaq üçün tam gücümlə çalışacağam”.

Qeyd edək ki, Daha öncədən də “Eurovision” müsabiqəsinin seçim mərhələsində iştirak edən Samira Əfəndi “Yeni ulduz”, “Böyük Səhnə” (3-cü yer) və “Səs Azərbaycan” (3-cü yer) kimi məşhur musiqi layihələrində güclü vokal səsi ilə yaddaşlarda qalıb. Samira Əfəndi 2017-ci ildə Almatıda “Silk Way Star” (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən “Voice of Nur-Sultan” Beynəlxalq festivalına qatılıb.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” (“Açıl!”) olan “Eurovision-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da “Ahoy Arena”da reallaşacaq. Azərbaycan təmsilçisi “Eurovision-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.




BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2023 Tarix: 28.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər