Prezident İçərişəhərlə bağlı mühüm SƏRƏNCAM

Prezident İçərişəhərlə bağlı mühüm SƏRƏNCAMAzərbaycan Respublikası Prezidenti İlham Əliyev İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasının 20 illiyinin qeyd olunmasına dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan xalqının milli sərvəti İçərişəhərin Şirvanşahlar sarayı kompleksi və Qız qalası ilə birgə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi tamam olur.

İçərişəhər çoxəsrlik mədəniyyətimizin rəmzlərindəndir. Ölkəmizin orta əsrlərdə yüksək inkişaf etmiş şəhərsalma sənətinin misilsiz yadigarı olan bu unikal məkandakı Qız qalası, Şirvanşahlar sarayı kompleksi, məscidlər, karvansaralar və digər tarixi abidələr Azərbaycan memarlığının parlaq nümunələridir.

İçərişəhər ümummilli lider Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində 1977-ci ildə tarix-memarlıq qoruğu statusu almış, 1985-ci ildə Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib

Hər bir azərbaycanlının qəlbində qürur hissi doğuran bu "muzey-şəhər" ölkəmizin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tarixi abidəsidir. İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı kompleksi ilə birgə UNESCO-nun 2000-ci ildə keçirilmiş Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyasında Ümumdünya İrs Siyahısına salınması onun ümumbəşəri dəyər kimi qəbul edilməsinin və layiqincə qiymətləndirilməsinin göstəricisi olmuş, eyni zamanda, Azərbaycanın UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verib.

Ötən müddət ərzində İçərişəhərdə vahid idarəetmə sistemi yaradılmış, buradakı dünya, ölkə və yerli əhəmiyyətli abidələrdə, özünəməxsus tarix-memarlıq görkəmi qorunmaqla, konservasiya və restavrasiya, bərpa və abadlıq layihələri həyata keçirilib.

Qoruğun mədəni turizm potensialının artırılması məqsədilə onun mədəniyyət və incəsənət mərkəzinə çevrilməsi istiqamətində çoxsaylı tədbirlər görülmüş, yeni muzey ekspozisiyaları açılmış, ənənəvi incəsənət və sənətkarlığın inkişafı dəstəklənib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 816   Tarix: 27 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən

11:22 0
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

12:26 0
.

Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan

27.03.2024 443
.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27.03.2024 398
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

16:57 0
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

10:06 0
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

16:16 0
.

"Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq"

"Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur. Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 389

10:46 0