Onlar üzr istəməsələr, Azərbaycana buraxılmayacaqlar

Onlar üzr istəməsələr, Azərbaycana buraxılmayacaqlarİşğal altındakı ərazilərə qanunsuz səfərlərlə bağlı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına 900-dan çox adamın adı salınıb.

Oxu.Az-ın məlumatına görə, hazırda 936 şəxsin adı rəsmi Bakının "qara siyahı"sındadır.

Onların içərisində deputatlar, siyasətçilər, musiqiçilər, jurnalistlər və başqaları var.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "qara siyahı"sına düşən şəxslərin adlarını həmin sənəddən çıxarmaq ənənəsi də var.

Amma bunun üçün şərt mövcuddur. Belə ki, işğal altındakı Qarabağa qanunsuz səfər edənlər Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də, ölkəmizin qanunlarına hörmətini bəyan etməlidir.

Həmçinin, işğal edilmiş ərazilərə sözügedən səfərləri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadıqlarını bildirməlidirlər.

Ardınca isə adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılması barədə müraciət ünvanlamalıdırlar.

Bundan sonra XİN müvafiq qərar qəbul edir.

Rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərinə edilən səfərlər cinayət sayılır.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi açılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1370   Tarix: 27 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

10:34 184
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 267
.

"Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır" - Turizm eksperti

"Bu gün Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır. Təbii ki, bu, Azərbaycanın günü-gündən beynəlxalq səviyyədə artan nüfuzu, ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət və Azərbaycanda ictimai asayişin yüksək səviyyədə olması əsas verir ki, Azərbaycan Qafqazda birinci olsun"

22.04.2024 306
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22.04.2024 335
.

Mələkxanım Eyubovanın qızının toyundan ilk görüntülər -VİDEO

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. -ın məlumatına görə, müğənni Mərdan Kazımovla ailə quran Nəzrin toy çəkilişindən ilk görüntüləri sosial media hesabında paylaşıb. Videoda Mərdan "Sənə də qalmaz" mahnısını ifa edib. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötə

22.04.2024 1026
.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanom

22.04.2024 546
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə "Qafqazinfo"ya Medianın İnkişafı Agentliyində

22.04.2024 293
.

Nigeriyada atışmalarda 21 nəfər öldü

Nigeriyanın Plateau ştatında yerli əhaliyə qarşı hücumlar olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 21 nəfər ölüb. Hücumun fermerlərə qarşı olduğu bildirilib. Gənclər Hərəkatının milli sədri Sunday Dankaka müxbirlərə bildirib ki, hücum ştatın Manqu və Kuru vilayətlərində qeydə alınıb. Hücumlard

22.04.2024 190
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

12:14 133