Koronavirusa yoluxan şəxs Azərbaycan gömrüyündə belə yoxlanılıb - ANBAAN VİDEO

Koronavirusa yoluxan şəxs Azərbaycan gömrüyündə belə yoxlanılıb - ANBAAN VİDEO

Dövlət Gömrük Komitəsi İran İslam Respublikasından Azərbaycandan tranzit keçməklə

Gürcüstana gedən Gürcüstan vətəndaşında koronavirus aşkarlanması ilə bağlı məlumat yayıb.

Bu barədə BiG.AZ-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Bildirilib ki, həmin şəxs fevralın 25-də saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxilolmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb. "Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb.

Həmin vətəndaş fevralın 25-də saat 17:09-da Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postu vasitəsilə ölkəni tərk edib.

Onu da qeyd edək ki, Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlardan da aydın görünür ki, xüsusi laboratoriyada aparılan müayinə və analizlərdən sonra həmin şəxsin virus daşıyıcısı olduğu müəyyən edilib. Hazırda həmin şəxslə təmasda olan əməkdaşlar müəyyənləşdirilərək müşahidə altına alınıb”, - deyə məlumatda qeyd olunub.




BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 8335 Tarix: 27.02.2020
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər