"Qəbul edə bilmirəm ki, qızım bizimlə yaşamır" - Dilarə

"Qəbul edə bilmirəm ki, qızım bizimlə yaşamır" - Dilarə"Verilişimlə bağlı təəssüratlar möhtəşəmdir. Reaksiyalar gözəldir və get-getə daha da gözəl olacaq".

Bu sözləri Axşam.az-a açıqlamasında "Söhbət var" verilişinin aparıcısı, Əməkdar artist Dilarə Əliyeva söyləyib.

O bildirib ki, layihəni gözəl edən qonaqların rahat olması, əylənməsi və verdikləri enerjidir:

"Görürlər ki, komanda onları qarşılamaq üçün əlindən gələni edir. Məni məmnun edən şeylərin qonaqlarıma da tətbiq olunmasını istəyirəm. Eşitmək istəmədiyim, məni narahat edən hadisələri qonağıma yaşatmıram. Lazım olan informasiyanı qonaqdan almaq üçün nələrsə edirəm. Amma öncədən nəyi sevib-sevmədiklərini də öyrənirəm. Söhbət əsnasında hiss etsəm ki, qonaqla söhbətim yaxşı yerə getmir, o, bundan narahat olur, o zaman mövzunu dəyişirəm".

D.Əliyeva deyib ki, hər qonağı üçün xüsusi hazırlaşır:

"Qonağım filankəsdirsə, işləri ilə tanış oluram, müsahibələrini oxuyuram. Maraqlı nəsə olsa, analiz edirəm".

Sənətçi bildirib ki, heç vaxt gündəlik verilişlərdə aparıcı olmaz:

"Gündəlik verilişə mənim kimi dolu-dolu hazırlaşmaq çətindir. Bu, məsuliyyətdir. Özümü həm fiziki, həm də mənəvi hazır bilmirəm. Yoxsa, gündəlik veriliş aparıb, necə gəldi idarə edərəm. Ona görə həftəlik axşam şousu edirəm ki, hər şeyə hakim ola bilim. Bir dəfə salonda idim, aləmi bir-birinə qatdım ki, tez olun, mən verilişə hazırlaşmalıyam. Qadınlardan biri qayıtdı ki, siz Dilarə Əliyevasınız! Nəyə hazırlaşırsınız? Dedim ki, bir gün sənin kimi düşünməyə başlasam, bir dəfə də o verilişi aparmaram. Hər yerdə beynimdə işim gedir. Elə saniyə yoxdur ki, proqramımın üstündə çalışmayım. Bu səbəbdən üç il kənara çəkildim ki, beynim çox yüklənir, bir az faylları boşaltmalıyam".

Aktrisa "Çal-çağır" şousu ilə "Söhbət var"ın fərqini də izah edib:

"Çal-çağır" ilklərdən idi. Bir cığır, yeni görüntü, aparıcı ab-havası idi ki, indiyədək olmamışdı. Bugünkü "Söhbət var" qədər heç bir proqramım dolu olmayıb. Üç saatlıq şoudur. İçində çox detallar. Sadəcə, hamı "Çal-çağır"ı gözləyir ki, o da, artıq yoxdur".

D.Əliyeva konsert vermək niyyətində olduğunu da dilə gətirib:

"Öncədən hazırlanan ssenari olur, mən onu əzbərləyirəm. Yerində doğulan və bədahətən gələn sözlər var ki, proqrama başlayan kimi o ab-havada oluram. Bunlar mənim danışıq tərzimə daxil olub. Ahəng qanuna tabe olan, qalın və incə saitlərin uzlaşmasından ibarət sözlərin işləndiyi cümlələrdən ləzzət alıram. Bunu alındırmaq da, çətindir. Bilirəm ki, güclü olduğum tərəf budur. Tamaşaçını qalmaqal olmadan necə efirdə saxlamaq olar? Təbii ki, əyləncə ilə... Bunlar da tamaşaçıya zövq verir. Mən də buna güc verirəm. Bir də baxdım ki, "stand up"lar tamaşaçıların çox xoşuna gəldi. Ona görə də ayrıca konsert vermək istəyirəm".

Aparıcı istirahə gedə bilməməyindən gileylənib:

"İstirahət etməyə ehtiyacım var. Ancaq gedəndə də edə bilmirəm. Fikirləşirəm ki, verilişimə 2-3 gün qalıb, beynim istirahət etmir. Ona görə də artıq hər şeyi yaya saxlayıram. Düşünürəm ki, bu, anormallıqdır. Bu dərəcədə məsuliyyət olmaz. Əsəblərim yerində deyil. Montaja belə özüm gedirəm".

D.Əliyeva Sadıq adlı bəylə ailə quran qızı Aytəndən söz açıb:

"Qızımla, kürəkənimlə münasibətlərim çox gözəldir. Bu duyğular əladır. Qızımla hər gün danışsam da, adam qəribə hisslər yaşayır. İstədiyin vaxt qızın yanında deyil. Otaqda hansısa geyimi əlimə keçir, məni qəribə kövrəklik bürüyür. Heç cür qəbul edə bilmirəm ki, qızım artıq bizimlə deyil, ayrı yaşayır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6209   Tarix: 27 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059