Nazirlik Bakıda 3 nəfərin öldüyü hadisə barədə MƏLUMAT YAYDI

Nazirlik Bakıda 3 nəfərin öldüyü hadisə barədə MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi Bakıda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

BiG.AZ nazirliyə istinadən xəbər verir ki, fevralın 26-da saat 16 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini B.Əliyevin idarə etdiyi “BMW”, Bakı şəhər sakini Pərviz Yusifzadənin idarə etdiyi “Daewoo” və Şəki rayon sakini Hikmət Lətifovun idarə etdiyi “Fiat” markalı avtomobillər toqquşub. Nəticədə H.Lətifov, P.Yusifzadə və sərnişini Ağdam rayon sakini Fatma Quliyeva hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1731 Tarix: 27.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər