5 yaşlı oğlanı maşın vuraraq öldürdü

5 yaşlı oğlanı maşın vuraraq öldürdü

Şəmkirdə azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumatına görə, fevralın 26-da saat 16.00 radələrində Şəmkir rayonunun Düzqışlaq kəndi ərazisində Qaracəmirli kənd sakini R.Əmirxanov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə yolu keçən kənd sakini, 5 yaşlı Rüstəm Paşayevi vurub və nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 880 Tarix: 27.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol