Şirvanda boşanmaq istəyən arvadını amansızlıqla qətlə yetirən kişi: "Anamla eyni evdə yaşamaq istəmirdi"
"Xarakterimiz uyğun gəlmədi".
Bunu ilkin dindirilmə zamanı həyat yoldaşını öldürən Şirvan şəhər sakini - 1984-cü il təvəllüdlü Sahib Nağıyev deyib.
Oxu.Az S.Nağıyevin həyat yoldaşı - 1986-cı il təvəllüdlü Pərvanə Nağıyevanı öldürməsinin təfərrüatları barədə bəzi məlumatları əldə edib.
Qeyd edək ki, ağır cinayət hadisəsi məcburi köçkün ailəsində törədilib. Ağdam rayonundan olan Nağıyev Sahib İdris oğlu həyat yoldaşını boğub öldürəndən sonra mətbəx bıçağı ilə onun boğazını kəsib. Hadisədən sonra kişi övladlarını götürərək evi tərk edib.
S.Nağıyev cinayət baş verən zaman evdə olan anasına bildirib ki, yeni mənzilinə baxmağa gedir. S.Nağıyev məcburi köçkün olduğu üçün dövlət tərəfindən yeni mənzillə təmin olunub və ailə yaxın vaxtlarda həmin evə köçməyi planlaşdırıb.
Anası Pərvanənin harada olduğunu soruşanda isə oğlu deyib ki, həyat yoldaşı yatır və onu narahat etmək lazım deyil.
Bir müddət sonra S.Nağıyev polis bölməsinə gedərək, könüllü təslim olub.
Dindirmə zamanı o, həyat yoldaşı ilə 15 il birgə yaşadıqlarını və bu illər ərzində "it-pişik" kimi didişdiklərini söyləyib.
S.Nağıyev bildirib ki, həyat yoldaşı yaşlı qayınanası ilə pis rəftar edib, ona qulluq etməyib. Son günlər isə Pərvanə qayınanası ilə bir evdə yaşamayacağını tez-tez təkrar edib.
S.Nağıyev onu da deyib ki, həyat yoldaşı ondan dəfələrlə boşanmaq istədiyini xahiş etsə də, o, "nəslimizdə arvadı boşamırlar" cavabını verib.
S.Nağıyev həyat yoldaşının qətlə yetirilməsini planlı şəkildə həyata keçirib.
Cinayət hadisəsi ilə əlaqədar istintaq davam etdirilir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 1469 Tarix: 27 fevral 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı
Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay
15:39 248 İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların
17:29 103 Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü
Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib
15:49 76 İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc
16:28 263 Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib
Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca
11:34 193 Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı
12:55 298 "18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil
Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin
12:24 474 "Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların
12:07 412 Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb
Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə
24.04.2024 227