"Onun ruhuna öz əllərimlə halva çalıb, küftə bozbaş bişirmişəm" — Elza İlhamə Quliyevadan danışdı

"Onun ruhuna öz əllərimlə halva çalıb, küftə bozbaş bişirmişəm" — Elza İlhamə Quliyevadan danışdı

Əməkdar artist Elza Seyidcahan Xalq artisti, mərhum sənətçi İlhamə Quliyeva haqda maraqlı açıqlama verib.
"Ölkə.Az" xəbər verir ki, "Ona qalsa" verilişinin qonağı olan ifaçı, aparıcının "Heç İlhamə xanımın məzarıını ziyarət etmisiniz" sualına cavab verərəkən deyib:

"Əlbəttə ki, onun məzarını ziyarət etmişəm. Ağ çiçəklər də aparmışam. Evimdə süfrə açıb, onun ruhuna öz əllərimlə halva çalıb, küftə bozbaş bişirmişəm. Bundan başqa molla çağırtdırıb yasin də oxutmuşam".

O, İlhamə Quliyevanın onun yuxularına tez-tez girməsindən də danışıb.

"Tez-tez yuxularıma girirdi. Öləndə də məndən əl çəkmək istəmirdi. Görünür məndən halallıq istəyirmiş. Sonra mənə dedilər, İlhamə xanımı yuxuda görəndə, yasin oxutdur. Mən də elə edirəm", - deyə Seyidcahan bildirib.

Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva və Elza Seyidcahanla uzun müddət küsülü olublar.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4123 Tarix: 27.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər