Azərbaycanda faciə: 60 yaşlı kişi oğlunun əməlindən utanıb özünü asdı

Azərbaycanda faciə: 60 yaşlı kişi oğlunun əməlindən utanıb özünü asdı

Göygöl rayonunda 60 yaşlı kişi oğlunun əməlinə görə intihar edib.

Qafqazinfo-nun məlumatına görə, rayonun Yeni Zod kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov Tofiq İmran oğlu yaşadığı evdə özünü asıb.

Məlumata görə, T.Məmmədov oğlunun oğurluq etməsindən utandığı üçün bu yola əl atıb. Belə ki, fevralın 11-də onun 28 yaşlı oğlu Elvin Məmmədov bir neçə tanışı ilə birlikdə qonşularının evinə gizli girərək, 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar.

Oğurluğu törədən şəxslər tutulub, Tofiq Məmmədovun oğlu da onların saxlanılanlardan biri olub. Bundan sonra kənd sakinləri arasında bu məsələ ətrafında müzakirələr aparılıb. İlkin məlumata görə, 60 yaşlı T.Məmmədov oğlunun bu əməlini özünə sığışdırmadığı üçün intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda faciə: 60 yaşlı kişi oğlunun əməlindən utanıb özünü asdı


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1365 Tarix: 27.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər