"Walt Disney"in baş direktoru istefa verdi

"Walt Disney"in baş direktoru istefa verdi

2005-ci ildən ABŞ-ın “Walt Disney” şirkətinin (Disneylend onundur) baş direktoru (CEO) olan Bob İqor vəzifəsindən istefa verib.

“Report” bu barədə “Financial Times” nəşrinə istinadən xəbər verir.

Bununla belə, o, şirkətin Direktorlar Şurasının sədri vəzifəsində qalacaq.

B.İqorun istefa xəbərinin ardınca beynəlxalq birjalarda şirkətin səhmləri 3% ucuzlaşıb.

Xatırladaq ki, onun dövründə “Walt Disney” “Pixar”, “Marvel”, “Lucasfilm” kimi şirkətləri satın alıb, özünün onlayn platforması olan “Disney+"u istifadəyə verib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 273 Tarix: 26.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər