Məşhur futbolçu Xoçalı faciəsini yad etdi

Məşhur futbolçu Xoçalı faciəsini yad etdi

Bu gün Xocalı faciəsinin 28-ci ildönümüdür. Hər kəs sosial media hesabında post paylaşaraq faciəni yad edib. Soyqırımla bağlı post paylaşanlar sırasında məşhurlar da yer alıb. Belə ki, azərbaycanlılarla yanaşı Türkiyənin bir çox məşhurları da Xocalı faciəsinin qurbanlarının xatirəsini yad ediblər.

Məşhurlar sırasında Bosniya və Herseqovina milli futbol komandasının və Türkiyənin “Ərzurumspor” futbol klubunun oyunçusu İbrahim Şehiç də yer alıb.

BiG.AZ xəbər verir ki, futbolçu bu barədə sosial media hesabında post paylaşıb.

Futbolçunun azərbaycanlı izləyici kütləsi postu paylaşaraq, öz təşəkkürlərini bildiriblər.

Sözügedən postu təqdim edirik:

Məşhur futbolçu Xoçalı faciəsini yad etdi

Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə "Qarabağ" futbol klubunda qapıçı kimi çıxış edib.

Lamiyə Məmmədova

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1280 Tarix: 26.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər