"Anamın donmuş meyitinin döşünü əmirmişəm" - Xocalıda hər iki valideyinini itirmiş qız

"Anamın donmuş meyitinin döşünü əmirmişəm" - Xocalıda hər iki valideyinini itirmiş qızXocalı soyqırımından 28 il ötür... Zaman özündə neçə illəri sığdırsa da, faciəni görmüş insan üçün tarix dəyişmir, gün həmin gün, il də həmin ildir: 26 fevral, 1992-ci il...

Xocalı faciəsində hər iki valideynini itirmiş 25 nəfər var. Çox vaxt bunlara "iyirmibeşlər" də deyirlər. Onlar təkcə valideynini deyil, həm də uşaqlıqlarını itiriblər. İndi yadda qalan təkəm-seyrək acı hadisələrlə xatırlayırlar həmin günü...

Rəsmi məlumata görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımında 613 nəfər qətlə yetirilib, 487 nəfər yaralanıb, 8 ailə tamamilə öldürülüb, 25 uşaq isə hər iki valideynini itirib.

Meyitlərin cibindən çörək çıxarıb yeyən Mübarizdən tutmuş ölmüş anasının döşünü əmən qıza kimi hər biri çiyinlərində ağır yük daşıyırlar. Belə yükü daşımaq isə heç də asan deyil. Gözlərinin qarşısında anası, bacısı güllələnib, atası diri-diri yandırılanlar sadəcə "münaqişənin qurbanları" ola bilməzlər. Bu, itki deyil, soyqırımıdı, genosiddir, trogediyadır.

"Anamın donmuş meyitinin döşünü əmirmişəm" - Xocalıda hər iki valideyinini itirmiş qızHər iki valideyinini itirmiş 25 uşağın ən kiçiyinin artıq 28 yaşı var.

İndi onların hər biri yetkin insanlardır. Həmin "iyirmibeşlər"dən biriylə -Orucova Kübra Telman qızı ilə həmsöhbət olduq. Faciə günü yaş yarım olan Kübra bir yaş belə böyüməyib o gündən, deyir ki, 28 yaşa keçə bilməyib hələ də.

Bir ailənin valideynsiz qalan üç övladı...

Bacısı Orucova Xatirə Telman qızı (1983), qardaşı Anar Orucov (1985). Xocalıdan çıxarkən 4 uşaq olsalar da... sonra bir say əskilib aralarından. Bacılarından biri yolda snayper atəşi ilə həyatını itirib. Əvvəl Sabunçu rayonunda yerləşən "Qızılqum" sanatoriyasında məskunlaşıblar. Sonradan Ramanı qəsəbəsindəki Şuşa köçkünləri üçün salınmış şəhərciyə köçüblər. Hazırda Xocalı soyqırımında hər iki valideynini itirmiş uşaqlardan 16-sı burada yaşayır.

Ölmüş anasının döşünü çıxarıb əmən qız yaş yarımlıq Kübraydı...

"Hər dəfə fevralın 26-sı yaxınlaşanda özümü çox pis hiss edirəm, xatırlamasam da, elə bil, həmin günü yenidən yaşayıram. Atamın meyitlər arasındakı şəklinə baxanda əllərim əsir. Çingiz Mustafayev çəkmişdi o şəkilləri. Bizə çox ağır gəlir o gün. O gün elə acı yaşadıb ki bizə, yarasının qaysağını qopara bilmədim, bilmərəm. Nə bacım Xatirə, nə qardaşım Anar, nə də valideynini itirmiş digər 22 nəfər".

"Anamın donmuş meyitinin döşünü əmirmişəm" - Xocalıda hər iki valideyinini itirmiş qızOnu ölmüş sanıblar...

"Xocalıdan çıxanda ortancıl bacım Xəyalə anamın belində olub. Mənsə anamın qucağında. Anamı güllə ilə vuranda bacım anamın belindən yerə düşüb. Atama tərəf qaçmaq istəyəndə erməni snayperi alnından vurub bacımı. Xatirə böyük bacımdır, mənsə evin ən kiçik qızı.

Əvvəl elə biliblər ki, mən də ölmüşəm. Anama güllə dəyəndə o məni yerə qoyub. İkimiz də donmuşduq, amma mən sağ qalmışam. Öldürülmüş anamın donmuş meyitinin yanında qalmışam və döşünü əmirmişəm. Son anda tibb bacısı nəfəsimin gəldiyini görüb".

Müsahibimiz torpaqlarımızın azad olunacağına, doğma yurdlarına qayıdacağına inanır:"Həmin vaxt yaş yarım olduğuma görə atamı da yadıma sala bilmirəm. İndi də heç qəbrini ziyarət edə bilmirəm. Çünki o vaxt Ağdamda dəfn eləyiblər. Ağdamın düşmənlərdən təmizlənəcəyi gün atamın məzarını ziyarət edə biləcəm. O günə inanıram və gözləyirəm. Gözləyirik".

"Anamın donmuş meyitinin döşünü əmirmişəm" - Xocalıda hər iki valideyinini itirmiş qızSTATİSTİKA: Xocalı soyqırımı nəticəsində bir gecədə 2500 sakindən 613 nəfər qətlə yetirilib.

Uşaqlar - 63 nəfər;
Qadınlar - 106 nəfər;
Qocalar - 70 nəfər

8 ailənin bütün üzvləri öldürülüb;
25 uşaq hər iki valideynini itirib;
130 uşaq valideynlərindən birini itirib.

487 nəfər yaralanıb, onlardan:

Uşaqlar - 76 nəfər;

1275 nəfər əsir götürülüb.
150 nəfər itkin düşüb.

Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci ilə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4511   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 176
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 128
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 216
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 623
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 216
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 896
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 740
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 174