Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi

Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi

Türkiyənin məşhur müğənnisi Gülben Ergen koronavirus səbəbindən məhkəmədə iştirak edə bilməyib.

Sondakika.com-un xəbərinə görə, sənətçi bu gün İstanbul Çağlayan Məhkəməsində keçiriləcək prosesdə iştirak etməyib.

Onun vəkili Ergenin Ankara səyahətindən qayıdarkən koronavirusa görə təyyarədən enmədiyini və İstanbula gəlmədiyini deyib.

O, müvəkkilinin növbəti prosesdə iştirak edəcəyini qeyd edib.

Tərəflərin vəkilləri dinlənildikdən sonra məhkəmə prosesinin növbəti iclası bir həftə sonraya təyin edilib. Əsassız səbəbdən prosesə gəlməyəcəyi təqdirdə müğənninin məhkəməyə zorla gətiriləcəyi bildirilib.

Qeyd edək ki, keçmiş əri Erhan çelik Gülben Ergeni məhkəməyə verib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1592 Tarix: 26.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
lancerrr
lancerrr 27.02.2020
ELAN DUNYASINDAN YENILIK

https://sahibi.az

Pulsuz elanlar saytı

İstədiyinizin sahibi olun!
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər