ÜST koronavirusa görə Azərbaycana nümayəndə göndərdi

ÜST koronavirusa görə Azərbaycana nümayəndə göndərdiAzərbaycanda koronavirusla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) xüsusi infeksion xəstəliklərlə bağlı işçi qrupu yaradılıb. Bu işçi qrupunda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycana ezam olunmuş eksperti də təmsil olunur.

BiG.AZ sputnik.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva məlumat verib. O, koronavirusla bağlı son vəziyyət barədə məlumat verib:

"Çində virus epidemiyasından sonra koronavirusun ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə bu ilin yanvar ayının 30-da epidemiyaya qarşı fəaliyyət planı hazırlanıb. Epidemiyaya qarşı zəruri olan bütün tədbirlər görülüb. Məqsəd koronavirusun Azərbaycana keçməsinin qarşısını almaqdır.

Sərhəd-keçid məntəqələrimizdə, eyni zamanda o ərazilərə yaxın olan rayonlarımızda tədbirlər görülür. Həmin rayonlardakı xəstəxanalara yerləşdirilənlər sadəcə koronavirusa şübhəli olan vətəndaşlarımızdır. Onlardan xüsusi material nümunələr götürülür, müayinə olunur. Bu günə qədər onlardan heç birində təsdiq olunmuş yeni koronavirus infeksiyası aşkar olunmayıb. Koronavirusun müalicəsi və müayinəsi ilə bağlı dünyadakı ən son yeniliklər öyrənilir.
TƏBİB-in xüsusi infeksion xəstəliklərlə bağlı çalışan işçi qrupu yaradılıb. Bu işçi qrupunda ÜST-ün Azərbaycana ezam olunmuş eksperti də təmsil olunur".

Y.Qarayeva həmçinin bildirib ki, bütün tibb müəssisələri xüsusi dezinfeksiyaedici vasitələr, tibb işçiləri, eləcə də 103 və 113 təcili tibbi yardım briqadaları fərdi mühafizə vasitələri ilə təmin olunub. Əhaliyə İran İslam Respublikasına xüsusi məcburedici hal olmadıqda səfər etməmələri tövsiyə edilib.

Qeyd edək ki, 2020-ci il yanvarın 28-də Çin Xalq Respublikasında yayılmış koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılıb, yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2118   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

23.04.2024 367
.

Çində sel və torpaq sürüşməsi: 4 ölü, 10 itkin

Çində güclü yağışlar nəticəsində daşqınlar olub. BİG.AZ xəbər verir ki, daşqınlar və torpaq sürüşməsi nəticəsində azı 4 nəfər ölüb. İtkin düşən 10 nəfərin axtarışının davam etdiyi bildirilsə də, evakuasiya olunanların sayı 110 minə çatıb. Ölkənin cənub bölgələrində, xüsusilə Çinin Quanqdonq əyalətind

23.04.2024 171
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 311
.

Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar

a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir. Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır. Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarl

23.04.2024 1043
.

Aysun qızına bu adı verəcək – VİDEO

Müğənni Aysun İsmayılova dünyaya gələcək qız övladından söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində danışıb. Sənətçi bildirib ki, qızına "Sevgi" adını qoyacaq: . "Dünyaya gələcək qızıma qoyacağımız adla bağlı ço

23.04.2024 976
.

Namiq "İmtahan"ı təqdim etdi

Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq

23.04.2024 362
.

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışınd

23.04.2024 303
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23.04.2024 712
.

Ukrayna: "Rusiya PUA və raketlərlə Kiyev və 3 bölgəyə hücum edib"

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib. xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədə

23.04.2024 238