"Biz torpaqlarımızı düşmənə döyüşsüz verməmişik" – "Dolu"nun Drakonu

"Biz torpaqlarımızı düşmənə döyüşsüz verməmişik" – "Dolu"nun Drakonu

Bir dövlətin keçmişdən bu günə qədər yaşadığı hadisələri, mədəniyyət, incəsənət, tarix və etnoqrafiyasına bələd olmaq, haqqında təssəvvürlər yaratmaq üçün onun istehsalı olan filmləri izləmək kifayət edir.

Ölkəmizin başına gələn qanlı faciələri dünyaya çatdırmaqda vaistəçi olan, Qarabağ problemlərini özündə əks etdirən bir çox filmlərimiz var.

Çəkilişlərinə 2011-ci ilin yayında başalanılan "Dolu" filmi Elxan Cəfərovun quruluşunda yazıçı-deputat Aqil Abbasın eyniadlı romanının motivləri əsasında “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. Tammetrajlı bədii film Qarabağ müharibəsinin qanlı-qadalı günlərindən, heç nəyə baxmayaraq vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir.

Filmin əsas qəhrəmanlarından biri olan, “Drakon” ləqəbli aktyor Rza Rzayev BiG.AZ-a açıqlama verib. Aktyor bildirib ki, müharibə dövründə müxtəlif təvəllüdlü insanlar döyüşüb, şəhid olublar. Onunla yaşıd olanları daha çox olub:

"Son zamanlar Azərbaycanda Qarabağ problemlərini özündə əks etdirən bir çox filmlər çəkilib. Lakin bunların bir çoxu anti-müharibə mövzuludur. Eləcə də "Dolu" filmi. Bu filmin digər müharibə mövzulu filmlərdən fərqi ondadır ki, filmin ssenari müəllifi və rejissoru tamaşaçıya göstərdi ki, biz torpaqlarımızı düşmənə döyüşsüz verməmişik. Son damla qanımıza qədər torpaqlarımız uğrunda döyüşmüşük. Biz həmin dövrdə sadəcə olaraq siyasəti uduzmuşuq. Bizim Qarabağ müharibələrində qalib gəldiyimiz də olub. Həmin filmdə tamaşaçıya göstərildi ki, Azərbaycan əsgəri düşmən qarşısında hansı vaistələrlə durub. Açıq şəkildə göstərildi ki, bizim silah çatışmazlığımız olub. Həmin dövrdə mövcud olan hakimiyyətin yarıtmaz siyasəti nəticəsində bütün bunlar baş verib.

Aqil Abbas ssenaridə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, şəhid olmuş bütün qəhrəmanların ümumiləşdirilmiş obrazlarını verib.

Aktyor texnikası var. Yəni, obrazı yaratmaq üçün həm də o obrazın çəkdiyi əziyyəti hiss etməlisən. Bizim qarşımıza tapşırıq qoyulmuşdu ki, həmin hisləri tamaşaçıya çatdıraq. Mənim o filmdən öncə də Elvinlə çox yaxşı münasibətim var idi. Filmdə biz daha da yaxın olduq. Onu öz qardaşım kimi hiss edirdim. "Dolu" filmində Pələngin ölüm səhnəsi çəkiləndə bütün yaradıcı heyət, əsgər, zabit, rejissor da daxil olmaqla, hamı ağladı. Eyni zamanda mən də. Elə hiss etdim ki, mənim qollarımda ölən qardaşımdır. Həqiqətən də mənə elə gəldi ki, Pələng mənim qollarımda can verdi. Buna görə də uzun müddət filmin təsirindən çıxa bilmədim.

Müharibə dövründə müxtəlif təvəllüdlü insanlar döyüşüb, şəhid olublar. Amma mənimlə yaşıd olanlar daha çox olub. Mən özüm də həmin döyüşlərdə az da olsa iştirak etmişəm. Həmin mühitdə olmuşam. Bu gün yazdığım bütün ssenarilərdə demək olar ki, Qarabağ müharibəsi öz əksini tapır".

"Biz torpaqlarımızı düşmənə döyüşsüz verməmişik" – "Dolu"nun Drakonu

Lamiyə Məmmədova

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1844 Tarix: 26.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər