Erməni zindanında SƏKKİZ GÜN: "Hamilə qadını..." - Canlı şahiddən QANDONDURAN SÖZLƏR

Erməni zindanında SƏKKİZ GÜN: "Hamilə qadını..." - Canlı şahiddən QANDONDURAN SÖZLƏRErmənistan həbsxanasında 8 gün qalan qarabağlı Dürdanə Ağayevanın danışdıqlarının yer aldığı "Erməni zindanında səkkiz gün" kitabı bir neçə il əvvəl Türkiyədə işıq üzü görüb.

Publika.az xəbər verir ki, Humanitar Yardım Vəqfi (İHH) tərəfindən nəşr olunan kitabda D. Ağayevanın gözü ilə Xocalıda 613 nəfərin öldürülməsi ilə nəticələnən soyqırım hadisələri yer alır.

Kitabdan kiçik bir hissəni təqdim edirik:

"1992-ci il fevralın 25-də bütün silahlar sakitləşdi, ətrafı səssizlik bürümüşdü. Hər kəs evində idi. Qaranlıqda atılan top mərmiləri ulduzlar kimi üzərimizə gəlirdi. Daha sonra hamımız sığınacaqlara düşdük. Bir-iki saata qədər orada qaldıq. Qapı döyüldü. Gələn adam bizə "Dayanmayın, çıxın buradan, ermənilər hava limanını ələ keçirdi" deyə bildirdi. Üç, dörd ailə birlikdə yola çıxdıq. Sonra bizə dedikləri yerdə, Xocalının kənarında axan Qarqar çayından keçən körpünün altına gözləməyə başladıq. Hava artıq qaralmağa başlamışdı. Güllə ayağıma dəyib yaralamışdı. Huşumu itirdim. Özümə gələndə ağappaq qarın qandan qırmızı rəngə boyandığını gördüm. Hər yerdə ölülər var idi. O vaxta qədər ermənilərin əlinə düşmək, yaxud ölmək ağlıma gəlməmişdi. Yerdə sürünərək irəlilədim. Sağ tərəfimdə qucağında uşaq tutmuş bir qadın var idi. Birdən yenə atəş səsləri gəldi, o anda ayağa qalxan qadın düz üzündən vuruldu. Başının yarısı dağılmışdı. Balaca uşaq ana deyə qışqırmağa başladı, ermənilər uşağı da güllələdi. Ana-balanın qanı bir-birinə qarışdı.

Mən irəliləməyə davam etdim. Arxa tərəfimdə bir ər-arvad gəlirdi. Qadın 6-7 aylıq hamilə idi, buna görə də sürətlə yeriyə bilmirdi. Sonra ermənilər o hamilə qadını da öldürdü. Əri hamilə arvadının vurulduğunu görəndə dəli kimi gülməyə başladı, sonra da hönkür-hönkür ağladı. Mən yerimdən tərpənmirdim. Təxminən 10-15 dəqiqə sonra sürünməyə başladım və qardaşımı gördüm. Niyə dayandığını soruşanda, yaralı olduğu üçün yeriyə bilmədiyini dedi. Ayaqları da donmuşdu. Onu görəndə öz yaramı unutdum. Arxadan səs gəldi, kimsə Azərbaycan dilində "dayanın" dedi. Orada yaşayan ermənilər Azərbaycan dilini yaxşı bilirdilər. Silahlı, üzləri maskalı dörd erməni gəlmişdi. "Sizə heç nə etməyəcəyik, bizimlə gəlin" dedilər. Biz də həm yaralı, həm də çarəsiz olduğumuz üçün onlarla getməyə məcbur olduq. Silahımız da yox idi ki, düşmən əlinə düşmədən özümüzü vuraq. Onda beş yaşlı uşaqla birlikdə beş nəfər idik. Dörd-beş kilometr piyada getdik. Əsgəran şəhərinə girəndə erməni qadınlar bizi söyməyə, daş atmağa başladılar. Bizi hərbi qərargaha apardılar. Orada Xocalıdan olan çoxlu uşaq, qadın, gənc qızlar var idi. Sonradan öyrəndim ki, meşənin içi ilə qaçan Xocalı sakinləri erməni kəndlərində kişilərin əlinə keçiblər. Pulları, qızılları, bir sözlə hər şeylərini onlara verib xilas olublar. Amma bizim qaldığımız yer qorxulu idi, bütün erməni əsgərləri orda idi. Bəlkə də 80-90 kişi, 50-60 qadın var idi. Kişiləri və qadınları ayrı yerlərdə saxlayırdılar. Qadınları saxladıqları yerdə şüşəsi olmayan pəncərə var idi. Yer tamamilə beton idi və topuğumuza qədər su doldurmuşdular. Ayaq üstündə dayanmağımıza imkan vermirdilər. Məcbur edirdilər ki, buz kimi suyun içində oturaq..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6210   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

28.03.2024 149
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155