Birinci sinifə gedəcək uşaqların valideynlərinin nəzərinə

Birinci sinifə gedəcək uşaqların valideynlərinin nəzərinə2020-2021-ci təhsil ilində bütün ümumtəhsil məktəblərinin birinci siniflərinə elektron formatda qəbul aparılacaq.

BiG.AZ "report"a istinadən xəbər verir ki, elektron qeydiyyat bu il martın 10-dan başlayır.

Belə ki, hazırlıq qruplarına elektron qeydiyyatdan keçərək Azərbaycan bölmələrinin məktəbəqədərki qruplarında təhsil alan uşaqlar avtomatik şəkildə birinci siniflərə salınacaqlar.

Bu uşaqların valideynləri və ya qanuni nümayəndələri martın 10-dan etibarən şəxsi elektron kabinetlərindən (mektebeqebul.edu.az) ərizə blankını çap etdirib övladlarının hazırlıq gördükləri məktəbə təqdim etməlidirlər.

"Ümumi təhsil haqqında" qanuna görə tədrisin qeyri dildə aparıldığı bölmələrin birinci sinfinə qəbul olunan uşaqlar həmin dildə nitq qabiliyyətini yoxlamaq üçün müsahibədən keçirlər.

Belə müsahibələr fevralın 24-dən martın 3-dək yerli təhsil qurumlarında üç müəllimdən ibarət komissiyalar tərəfindən aparılır.

Müsahibələr valideynlərin və ya qanuni nümayəndələrinin də gözü qarşısında, videoçəkilişlə aparılır. Müsahibədən narazı qalan valideynlər apelasiya komissiyasına müraciət edə bilərlər.

Bütövlükdə bu il ölkədəki 5 yaşlı uşaqların 80 faizi, yəni 100 mindən artığı məktəbəqədər hazırlıq qruplarına cəlb olunub.

Belə qruplarda hazırlıq keçməyən uşaqların valideynləri mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir, martın 13-dən etibarən isə istədikləri məktəbi və müəllimi seçə biləcəklər.

Məktəbəqədər hazırlıq keçməyən uşaqların qeyri dildə tədrisə qəbul edilməsi həmin dildəki nitq qabiliyyətinin yoxlandığı müsahibənin nəticələrinə görə aparılır. Belə uşaqlar üçün müsahibələr aprelin 1-dən başlayacaq.

Məlum olduğu kimi, Bakıda bəzi valideynlər övladlarını yaşayış yerindən aralıdakı məktəbə düzəltməyə çalışırlar.

Belə valideynlər bilməlidir ki, məktəbə qəbul zamanı yaxınlıqda yaşayan (rəsmi qeydiyyata əsasən), valideynlərindən birinin məktəbdə işlədiyi, qardaşı və ya bacısı məktəbdə oxuyan uşaqlara üstünlük verilir.

Məktəbdən uzaqda yaşayan uşaq bu şərtlərin heç birinə uyğun gəlmirsə, adı ehtiyat siyahısına salınır.

Bu siyahıda adı birinci olaraq qeyd olunmuş uşağın məktəbdə boş yer açıldıqda oraya qəbul olunmaq üçün daha çox şansı var.

Bakıdakı lisey və gimnaziyalara yaxınlıqdakı ünvanlarda qeydiyyatda olan bütün uşaqların qəbulu müsabiqəsiz aparılacaq.

Bu mənada yalnız Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna təşkil edir.

Lisey və ya gimnaziyaya yaxın ərazidə qeydiyyatda olmayan uşaqlar isə birinci sinifə xüsusi müsahibəyə əsasən qəbul olunurlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2375   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

14:16 244
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 436
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 181
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 1015
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 1571
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 283
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24.04.2024 388
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 335
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 726