"Atam erməniyə əsir düşməməyimiz üçün maşına qumbara qoydu" - Məşhur aparıcı XOCALI FACİƏSİ BARƏDƏ...- FOTO

"Atam erməniyə əsir düşməməyimiz üçün maşına qumbara qoydu" - Məşhur aparıcı XOCALI FACİƏSİ BARƏDƏ...- FOTOTanınmış aparıcı Məhsəti Şərif Özyürək Xocalı faciəsi zamanı ailəsinin başına gələn hadisələrdən danışıb.

Milli.Az xəbər verir ki, ANS-in keçmiş aparıcısı atasının faciədən öncə işi ilə bağlı Xocalıya təyinat aldığını bildirib.

Məhsəti Şərif Xocalı faciəsinin dəhşətini atasının timsalında yaşadığını deyib:

"Atamı Xocalı bankına müdir göndərirdilər. Ağdamdakı işində təslimat işləriylə məşğul olurdu. Biz də onla bərabər Xocalıya köçəcəkdik bir müddət sonra. Xocalı evimiz olacaqdı. Bir gün evdə oturmuşduq. Atam tələm-tələsik evə girdi. Rəngi ağappaq idi. Anama Xocalıda hamını qırıblar dedi. Vəziyyət ağırdı, isti geyim və yun ədyallar aldı evdən. Anama evdə hazır çay və sup olsun deyib 1 saata dönəcəyini bildirdi. Gəldi termoslarda çay və yemək apardı. Gözləri ağlamaqdan şişmişdi. Getdi və 2 gün evə gəlmədi. Ağdam məscidinə gələn meyitləri daşıyırdılar. Məsciddən gələn ağlaşma və fəryadlar bütün şəhərdə eşidilirdi. Maşınıyla neçə canı xəstəxanaya aparmışdı. Maşının içi qan idi. Atam o hadisədən sonra 2 dəfə infarkt keçirdi. Sonra Ağdam işğal olundu. Hər tərəf mühasirədəydi. Əmimqızıyla mən maşındaydım. Yandımda, əl qumbarasını maşına qoydu. Dedi "Əsir düşsəniz, çəkin qumbaranı. Xocalıdakını yaşamayaq". Ağdamın işğalından sonra isə 3-cü infarktında dünyasını dəyişdi. Bu dərd atam kimi məni də aparacaq".

Xatırladaq ki, bu gün Xocalı soyqırımından 28 il ötür. Hələ 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

"Atam erməniyə əsir düşməməyimiz üçün maşına qumbara qoydu" - Məşhur aparıcı XOCALI FACİƏSİ BARƏDƏ...- FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2810   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İranın hücumundan sonra İsraildən qaçdığı deyilən Qalkin danışdı

İranın İsrailə hücumunun ardından Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkinin övladları ilə birgə ölkəni tərk etdiyi iddia olunub. Axşam.az xəbər verir ki, şoumen şayiələrin fonunda sosial media hesabılnda paylaşım edərək bunu şayiə adlandırıb. O, hazırda İsraildə olduğun

14.04.2024 449
.

Ramal qızı ilə görüntülərini paylaşdı

Müğənni Ramal İsrafilov qızı Liya ilə bağlı paylaşım edib. Axşam.az-ın məlumatına görə, ifaçı qızı ilə olan görüntülərini izləyiciləri ilə bölüşüb. O, videoya "Sadəcə bir eşq" qısa şərhini yazıb. Qeyd edək ki, R.İsrafilov 2014-cü ildə Sevda adlı xanımla ailə qurub. Cütlüyün qızı 2015-ci ild

15.04.2024 988
.

Ülviyyə Namazova: "Ərim ölməzdən qabaq zəng etdi, acıladım"

Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb. -ın xəbərinə görə, o, iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını yol-nəqliyyat hadisəsi zamanı itirdiyini söyləyib. "Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim

18.04.2024 952
.

Dilarə Əliyeva bunu ilk dəfə edəcək

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:. "Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqla

14.04.2024 783
.

Məşhur aktyor vəfat etdi

Polşalı məşhur aktyor Qrzeqorz Minkeviç vətənində vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə "Plotek" məlumat yayıb. Sənətkar karyerası ərzində kino və teatrda 150-dən çox rol oynayıb. O, televiziya tamaşaçılarına 1968-ci ildə çəkilmiş "Kentervil Kabusu" filmindən tanışdır

14.04.2024 508
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarl

14.04.2024 967
.

Ədalət Şükürov qızına toy edir

Əməkdar artist Ədalət Şükürov qızı Jaləyə toy edir. OLAY-ın məlumatına görə, sənətçinin övladının şad günü 5 mayda paytaxtın dəbdəbəli restoranlarından birində baş tutacaq. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub. O, Ənvər adlı bəylə ailə qurmağa hazırlaşır

16.04.2024 1794
.

Dünya gözəli ikinci dəfə ana oldu- FOTO

2002-ci il dünya gözəli seçilən türkiyəli model Azra Akın ikinci dəfə ana olib. xəbər verir ki, bu barədə Azra Akın sosial şəbəkədə paylaşım edib. "14 aprel bazar günü Demirə bir bacı gəldi. Bizə də çox gözəl surpriz oldu. Adı Aryadır " ,- deyə o bildirib

18.04.2024 1337
.

"Xanbabayeva" soyadından heç xoşum gəlmirdi"

"Atamgil ailədə 10 uşaq olublar. Uşaqlardan səkkizinin soyadı Hacıyev, ikisi isə, yəni əmim Akif və atam Güloğlanın soyadı Xanbabayevdir. Amma bu niyə belədir, xəbərim yoxdur. Öyrənib deyərəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" verilişind

17.04.2024 1312