"Analar övladlarına lay-lay deməyi yığışdırsın" - Aybəniz Haşımova

"Analar övladlarına lay-lay deməyi yığışdırsın" - Aybəniz Haşımova

Əməkdar artist Aybəniz Haşımova "ATV" kanalında yayımlanan "Şou Atv" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, müğənni verilişdə Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb:

"Bu bir insanlıq soyqırımıdır. Ermənilər bizdən fərqli olaraq uşaq dünyaya gələn kimi qulağına lay-lay əvəzinə "türk sənin düşmənindir" deyir. Mən təklif edirəm ki, bizim analar da övladlarına lay-lay deməyi yığışdırsınlar. Çünki bu tək 1992-ci ildə baş verib bitmədi. Biz bu gün də şəhid veririksə, demək ki, bu faciə hələ də davam edir. Ağlamağı kənara qoymalıyıq. Güclənib düşmənə tərəf getməliyik. Dövlətimizin yanında olmalıyıq ki, torpaqlarımızı geri alaq. Ağlamaq zamanı deyil".

Samirə Qasımova


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 16923 Tarix: 26.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər