Bərpa olunan enerjidən istifadə: hədəflər, potensial - TƏHLİL

Bərpa olunan enerjidən istifadə: hədəflər, potensial - TƏHLİLBu gün dünyada bərpa olunan enerji mənbələrindən istifadə sürətlə artmaqdadır. 2019-cu ildə Avropanın ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payı 34,6% olub. Hazırda Avropanın ev təsərrüfatı və iş mərkəzləri əsasən külək və günəş enerjisindən istifadə edir. Dünya üzrə bir neçə ölkənin enerji sərfində bərpaolunan enerjidən istifadə 50%-i ötüb.

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2024-cü ilə qədər dünyada bərpa olunan mənbələr hesabına enerji istehsalı 2018-ci illə müqayisədə 50% artaraq 3 721 qiqavata çatacaq. Şirkətlər arasında da bərpa olunan enerjiyə investisiya yatırmağa maraq artmaqdadır. Belə ki, ötən il 23 ölkənin 100 şirkəti 19,5 qiqavat gücdə təmiz enerji üçün müqavilələr imzalayıb ki, bu, 2018-ci ildən 44% çoxdur. "Google", "Facebook", "Amazon" kimi şirkətlərlə yanaşı, karbohidrogenlərin hasilatı ilə məşğul olan nəhəng enerji şirkətləri də bu enerji növünə investisiyalar edir.

Bəs bərpa olunan enerji mənbələrinə hansılar daxildir və ondan istifadəyə marağın artması nə ilə bağlıdır?

Bərpa olunan enerjiyə günəş, külək, dalğa, geotermal enerji, su, biokütlə və digər mənbələrdən alınan enerji daxildir. Karbon emissiyalarının azaldılması, qlobal iqlim dəyişmələrinə töhfə olaraq enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması bir çox ölkə üçün vacib hədəflərdəndir. Dünyada bərpa olunan enerjiyə keçid bir çox ölkələrdə kömürdən istifadəni azaldaraq havaya atılan çirkli tullantıların azalmasına səbəb olur və ekologiyaya böyük fayda verir. Buna görə də iqlim şəraitindən, potensialından asılı olaraq ölkələr geotermal mənbələr, günəş, külək, biokütlə və s. kimi təbiətdə daim baş verən proseslərdən istifadə edərək enerji alırlar.
Bərpa olunan enerjidən istifadə: hədəflər, potensial - TƏHLİLAzərbaycanın potensialı

Azərbaycankarbohidrogen ehtiyatları ilə zəngin olmaqla yanaşı, ölkədə bərpa olunan enerji mənbələrindən istifadə üçün də çox böyük potensial var. Hesablamalara görə, Azərbaycanın iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Bərpa olunan enerjidən istifadə hədəfləri

2019-cu ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki "Azalternativenerji" MMC tərəfindən alternativ və bərpa olunan enerji mənbələri hesabına 10 985.5 min kVtst, "Azərişıq" ASC tərəfindən külək elektrik stansiyaları hesabına 84,9 mln. kVtst elektrik enerjisi istehsal olunub. Ötən il elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin payı 7,3% təşkil edib. Hazırda ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə, iri su elektrik stansiyaları da daxil olmaqla, bərpa olunan enerji mənbələrinin payı 17% və ya 1 276 MVt təşkil edir. Qoyuluş gücü hirdoenerji üzrə 1 140 MVt, külək enerjisi üzrə 63 MVt, bioenerji üzrə 38 MVt, günəş enerjisi üzrə isə 33 MVt-dır.

Ölkənin bərpa olunan enerji mənbələri potensialı nəzərə alınaraq 2030-cu ilə qədər Azərbaycanda istehsal olunan 30% enerjinin bərpa olunan enerjidən əldə edilməsi hədəflənir.

Azərbaycanın elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının artırılması üzrə konkret məqsədləri və strateji həlləri də var. Belə ki, elektrik enerjisi istehsalının bərpa olunan enerji mənbələri hesabına şaxələndirilməsi və bu sahənin özəl investisiyanın cəlbi ilə inkişafı Azərbaycan Prezidentinin energetika sektorunda islahatlar kursunun əsas məqsədlərindəndir. Bərpa olunan enerjidən istifadədə beynəlxalq şirkətlərlə əməkdaşlıqla bağlı BP, "Masdar", "Avelar Solar", "Tekfen", "Total", "Equinor", "Akwa Power", "Mitsui Co", "Quadran İnternational" şirkətləri ilə danışıqlar aparılıb.
Bərpa olunan enerjidən istifadə: hədəflər, potensial - TƏHLİLBu sahəyə özəl investisiyaların cəlbi istiqamətdə ilk uğurlu addım bu il yanvarın 9-da Səudiyyə Ərəbistanın "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri ilə 440 MVt gücündə külək və günəş enerjisi üzrə pilot layihələrin reallaşdırılmasına dair icra müqavilələrinin imzalanmasıdır. Bu layihələr ölkədəki mövcud tarifləri əks etdirməklə yanaşı heç bir dövlət subsidiyasını nəzərdə tutmur. İlkin olaraq "Masdar" şirkətinin inşa edəcəyi 200 MVt-lıq günəş elektrik stansiyasının investisiya dəyərinin 150 mln. ABŞ dolları, "Acwa Power" şirkətinin tikəcəyi 240 MVt-lıq külək elektrik enerjisi stansiyasının tikintisinin 250-260 mln. ABŞ dolları olacağı ehtimal olunur.

Prezident İlham Əliyevin "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" 29 may 2019-cu il tarixli sərəncamı ilə qarşıya qoyulan tapşırıqlardan biri də alternativ enerji mənbələrindən istifadə ilə bağlı qanun layihəsinin hazırlanmasıdır. Energetika Naziliyinin məlumatına görə, artıq həmin qanun layihəsi hazırdır və müxtəlif qurumlarla razılaşdırılır. Bu mərhələ yekunlaşdıqdan sonra sənəd Prezident Administrasiyasına təqdim olunacaq, oradan isə Milli Məclisə göndəriləcək. Bu qanunda alternativ enerji istehsalı ilə bağlı həm böyük, həm də kiçik layihələrin dəstəklənməsi nəzərdə tutulub.

Dövlət başçısının 5 dekabr 2019-cu il tarixli "Bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində pilot layihələrin reallaşdırılması üzrə tədbirlər haqqında" sərəncamına əsasən komissiya, tədbirlərin icra olunması üçün isə yeddi işçi qrupu yaradılıb. Pilot layihələr üçün torpaq sahələrinin ayrılması, investorlara dövlət zəmanətinin verilməsi, layihələr üzrə elektrik stansiyalarının elektrik şəbəkələrinə qoşulması, layihələrin icrası üçün dövlət zəmanətinin verilməsi üzrə təkliflər hazırlanır.

Bərpa olunan enerji mənbələri üzrə qanunun qəbulundan sonra pilot layihələrlə yanaşı, seçilmiş ərazilər üzrə hərrac keçirilməsi də planlaşdırılır. Hərracların bu il keçirilməsi nəzərdə tutulur. Göründüyü kimi, Azərbaycan neft-qaz hasilatçısı və ixracatçısı olmasına baxmayaraq enerji mənbələrinin şaxələndirilməsinə böyük önəm verir, elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının artırılmasının enerji təhlükəsizliyinin möhkəmlənməsinə töhfəsini nəzərə alaraq ondan istifadənin genişlənməsi istiqamətində addımlar atır.
Bərpa olunan enerjidən istifadə: hədəflər, potensial - TƏHLİLAzərbaycan bərpa olunan enerjinin faydası

Enerji mənbələrinin şaxələndirilməsi ilə yanaşı əvvəldə qeyd etdiyimiz kimi, dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi aktual məsələlərdəndir və bu mənada bərpa olunan enerji mənbələrindən istifadə etməklə atmosferə atılan karbon emissiyalarının azaldılması ekologiyaya əvəzsiz töhfədir. Karbon tullantılarını yaradan əsas sahələrdən biri elektrik enerjisidir. Elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının artırılması həm də karbohidrogen tullantılarını da əhəmiyyətli dərəcədə azaldacaq. Bu Paris sazişinin də öhdəliklərinə uyğundur. Azərbaycan 2016-cı ildə Paris sazişini imzalamaqla qlobal temperatur artımının Selsi şkalası ilə iki dərəcə səviyyəsində saxlanması üzrə öhdəlik götürüb və Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35% azaldılması hədəfdir.

Təbii qaza qənaət

Hazırda Azərbaycanda elektrik enerjisi istehsalında təbii qazdan istifadənin payı 93% təşkil edir.Bu gün Azərbaycanda elektrik enerjisinin əldə edilməsində daş kömürdən və demək olar ki, dizeldən istifadə edilmir.Ölkənin enerji balansında bərpa olunan enerjinin payının artması təbii qaza qənaətə yol açacaq. Təbii qaza qənaət olunması ölkənin valyuta gəlirlərinin artmasına müsbət təsir göstərəcək.

Hesablamalara görə, enerji sektorunda enerji effektivliyinin artırılması tədbirlərinin tətbiqi ilə Azərbaycan potensial olaraq ildə 1,99 milyard kubmetr qaza qənaət edə bilər. Enerji effektivliyindən ildə qənaət oluna biləcək məbləğ isə 314,9 mln. ABŞ dolları ola bilər.

"Acwa Power" və "Masdar" şirkətləri ilə imzalanan müqavilə ilə 440 MVt sistem qurulduqdan sonra Azərbaycanda 300 milyon kubmetr təbii qaza qənaət olunması hesablanır. Bu həcm Naxçıvan Muxtar Respublikasının illik olaraq istifadə etdiyi miqdardan daha çoxdur. Yaxud da Azərbaycanda əhalinin istifadə etdiyi qazın 10 faizini əhatə edir. Bu həcmdə qazı ixrac etməklə ölkəyə əlavə valyuta daxil ola bilər.

Uzaq məntəqələr üçün alternativ yol

Bərpa olunan enerji mənbələri həm də təbii qazın çəkilişinin texniki olaraq mümkünsüz və iqtisadi səmərəli olmayan məntəqələrin enerji tələbatı üçün həll yoludur. Ölkədə bu cür səmərəli olmayan 265 yaşayış məntəqəsi müəyyən edilib və bu məntəqələrdə ortalama 11 yaşayış evləri var. Hazırda bu istiqamətdə də addımlar atılır.
Bərpa olunan enerjidən istifadə: hədəflər, potensial - TƏHLİLBərpa olunan enerji məşğulluğu artıracaq

Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı ölkədə sənayenin, yerli iqtisadiyyatın digər sahələrinin də inkişafına təkan verəcək. Azərbaycanda artıq bərpa olunan enerji üzrə kiçik miqyaslı elektrik stansiyaları üçün avadanlıqlar, günəş panelləri istehsal olunur. Bərpa olunan enerji ilə işləyən stansiyaların əsas maya dəyərini təşkil edən tikinti-quraşdırma işlərinin və sair istehsalı ümumilikdə ölkə iqtisadiyyatının inkişafına töhfə verir.

Bu, ÜDM-nin dəyərinin artmasına, yeni iş yerlərinin açılmasına gətirib çıxarır. Bərpa olunan enerji mənbələrinin inkişafı Azərbaycanda iqtisadiyyatda yeni zəncirvari sistemin daxilində yeni gəlir mənbələrinin əmələ gəlməsinə təsir göstərəcək və Azərbaycanda bu istiqamətdə həm də sənayenin inkişafına təkan verəcək. Qeyd olunanlar bərpa olunan enerjidən istifadənin səmərəliliyini göstərir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 753   Tarix: 25 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381