Məşhur müğənnini diri-diri yandırmaq istədilər

Məşhur müğənnini diri-diri yandırmaq istədilərÇilinin Vina Del Mar şəhərində keçirilən musiqi festivalına etiraz edən nümayişçilər məşhur müğənni Riki Martinin qaldığı hoteli yandırmağa çalışıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hotelin qarşısında polislə ciddi toqquşma baş verib. Küçəyə çıxan etirazçılar Riki Martin də daxil olmaqla sənətçilərin avtomobillərini, o cümlədən festivalın keçiriləcəyi ərazidəki nəqliyyat vasitələrini yandırıb.

Hökumətin sosial siyasətinə qarşı etiraz bütün gecə davam edib. Bazar günü festival başlayandan bəri, saat 17.00-da polislə etirazçılar arasında qarşıdurmalar yaşanıb və son saatlarda etirazların şiddəti artıb. Nümayişçilər sənətçilərin, xüsusən Riki Martinin qatıldığı hoteli yandırmağa çalışıb.

Festivalın ilk günündə çıxış edən Riki Martin xalqa dəstək nümayiş etdirib. Müğənni "Hər zaman sülh içində olun, amma əsla susmadan, haqqınızı tələb edin" deyə bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2776   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş