Koronavirus azərbaycanlı milyarderi vurdu

Koronavirus azərbaycanlı milyarderi vurdu

Koronavirusa görə dünyanın ən zəngin insanları 139 milyard dollar itiriblər.

Axar.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb. Ən zəngin insanların bu qədər vəsaiti 2016-cı ilin oktyabrından bu yana ilk dəfə itirdiyi vurğulanıb.

Fond indeksindəki geriləməyə görə “Amazon” rəhbəri Cef Bezos 4,8 milyard dollar itirib. Eyni miqdar itki ilə Bernar Arno da üzləşib. İtki ilə üzləşənlər arasında “Zara” rəhbəri Amansio Orteqi (4 milyard dollar), Mark Zukerberq (3,48 milyard dollar), Larri Peyc (2,7 milyard dollar) də yer alıb.

Siyahıda Vahid Ələkbərov da var. O, fond indekslərinin düşməsi ucbatından 1,21 milyard dollar itirib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4623 Tarix: 25.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər