"Ciddi iş istəyirəm" - Seriala çəkilməyən Vəfa

"Ciddi iş istəyirəm" - Seriala çəkilməyən Vəfa

"Bu mənim imicimdir. Dəyişməyi düşünmürəm. Bir dəfə saçlarımı qara etdim, amma yaxşı deyildi. Hər dəfə mənə yazırlar dəyişin. Ancaq belə bir fikrim yoxdur".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynallı İnstaqramda canlı yayımda deyib. Aktrisa saç rəngini heç vaxt dəyişməməsi ilə bağlı sualları cavablandırıb.

Zeynallı son günlər xeyli çəki alması ilə bağlı fikirlərə "Kökəlməmişəm, əksinə arıqlamışam. Üzdən dolu olduğum üçün elə düşünürlər" reaksiyasını verib.

Aktrisaya şəxsi həyatı ilə bağlı suallar da ünvanlanıb. Zeynalova "Həyat yoldaşınız var" sualına "Soyadıma görə elə düşünürlər. Həyat yoldaşım var, sadəcə, soyadım başqadır. Amma sənəd üzərində yoldaşımın soyadındayam" sözlərini bildirib.

V.Zeynallı son günlər heç bir film və serialda çəkilməməsinin səbəbini açıqlayıb:

"İstəmirəm. Ciddi işlə məşğul olmaq istəyirəm. Yaxşı iş olsun işləyəcəm. Xoşuma gələn film olsa çəkiləcəm".

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1778 Tarix: 25.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər