Apteklərdə maskaların qiyməti QALXDI

Apteklərdə maskaların qiyməti QALXDIÇində aşkarlanmış koronavirus bütün dünyanı narahat etməkdədir. Sürətlə yayılan bu virusdan ölənlərin sayı günü-gündən artır.

Son günlər qonşu İranda bu təhlükəli virusun yayılması və 12 nəfərin koronavirusdan ölməsi Azərbaycanda narahatlıqla qarşılanır.

Bu da ölkədə qripdən, müxtəlif viruslardan qorunmaq üçün istifadə olunan tibbi maskaların satışı məsələsini gündəmə gətirib. Hətta bəzi apteklər var ki, orada tibbi maskaların satışında süni qiymət artımı özünü göstərir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, adi günlərdə 5-10 qəpiyə satılan maskalar, indi hətta 50 qəpiyə, 1 manata da satılır. Bir sıra apteklərdə isə artıq maska qalmadığı bildirilir.

Modern.az məsələni dəqiqləşdirmək üçün paytaxtdakı bir neçə apteklə əlaqə saxlayıb.

Buta aptek: "Hal-hazırda 5 gündür ki, aptekdə maska yoxdur".

Zəfəran aptek: "Son günlərlə müqayisədə maskalara təlabat artıb. Qiymətində artım yoxdur, əvvəl necə satılırdısa, indi də 10 qəpiyə satılır".

Zeytun aptek: "Bəli müəyyən təlabat var. Demək olar ki, gün ərzində xeyli sayda maskalarımız satılır".

"Caspian" aptek: "Elə də ciddi təlabat yoxdur. Əvvəl necə, indi də eyni vəziyyətdədir. Maskalara təlabatın olması da hava ilə bağlı olan bir şeydir. Qiymətə gəlincə isə artım müşahidə edilmir".

Həyat aptek: "Son bir neçə gündən bəri təlabat çox artıb. Hazırda satışda maska qalmayıb. Əvvəl 10 qəpiyə satılan maska, indi 20 qəpiyə satılır".

Loğman aptek: "Çox böyük təlabat var. Bizim aptekdə maska əvvəl 10 qəpiyə satılırdısa, indi isə 25 qəpiyə satılır. Təbii ki, bu qədər də təlabatın olmasına səbəb insanlarda müəyyən qorxu hissinin yaranmasıdır. Tibbi maskalar virusla mübarizədə ən yaxşı vasitələrdən biridir ".

Vita aptek: "Təlabat çox böyükdür. Bizdə əvvəl 10 qəpiyə satılırdı, hazırda isə 20 qəpiyə satılır".

Şərq aptek: "Son günlər tibbi maskalara təlabat çoxalıb. Hazırda bizdə maskaların qiyməti 20-25 qəpik arasında dəyişir. Əvvəl isə 10 qəpik idi ".

Hippokrat aptek: "Bəli kifayət qədər təlabat var. Əvvəl 10 qəpiyə satılırdı, indi isə 20 qəpiyə satılır".

"Elite" aptek: " Təlabat çox yüksəkdir. Əvvəllər 10 qəpik idi, indi isə 20-25 qəpiyə satılır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3745   Tarix: 24 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278