Koronavirus adi mövsümi qripdən QORXULU DEYİL - ARAŞDIRMA

Koronavirus adi mövsümi qripdən QORXULU DEYİL - ARAŞDIRMAÇindən bütün dünyaya yayılan və hər kəsi qorxuya salan yeni koronavirus nə dərəcədə təhlükəlidir? Onun ölümcül olması adi mövsümi qripi kölgədə qoyubmu?

BiG.AZ-ın verdiyi xəbərə görə, statistik məlumatların təhlili və bəzi araşdırmalar göstərir ki, əslində yeni virusdan ölənlərin sayı adi qripdən ölənlərin sayından çox deyil.

Məsələn, BBC-də dərc olunan məqalənin müəlliflərinin fikrincə, istənilən xəstəliyin kütləvi yayılması ilk zamanlarda çox vaxt həqiqətdə olduğundan daha ciddi və qorxulu görünür.

Statistikaya görə, "donuz qripi" kimi müxtəlif qlobal epidemiyalar orta hesabla 25 ildə bir dəfə baş verir və hər 100 min yoluxmuş insandan 10-20 nəfərinin canını alır (0.01-0.02%).

2019-cu ilin sentyabr ayında "The Lancet" jurnalında dərc olunan daha bir araşdırmada bildirilir ki, Çində hər il orta hesabla 88 min adam qripdən ölür. Xəstəlikdən ölüm nisbəti 1,6% - 2,6% arasında dəyişir.

Həmçinin, SARS və MERS virusları da yeni koronavirusdan daha ölümcül olub: bu viruslardan ölüm nisbəti müvafiq olaraq 10% və 34% -dir.

İndi qayıdaq aləmə səs salan yeni "Covid-19" koronavirusuna.

"South China Morning Post" (SCMP)-un məlumatına əsasən, dünyada bu virusdan cəmi 2468 nəfər ölüb, halbuki ÜST-ün hesabatına əsasən, il ərzində qrip epidemiyaları nəticəsində 3-5 milyon adam ağır xəstəliklə üzləşir, 290-650 min nəfər isə qripdən dünyasını dəyişir.

Rusiya Təbiət Elmləri Akademiyasının fəxri vitse-prezidenti, Epidemiologiya və Mikrobiologiya İnstitutunun professoru Viktor Zuyevin də sözlərinə əsasən, hətta adi mövsümi qrip infeksiyası koronavirusdan daha ölümcül ola bilər.

"Covid-19" xəstəliyinin yoluxucu olmasına gəlincə isə, mənzərə bir az fərqlidir. Bu virus mövsümi qripdən daha yoluxucudur. Belə ki, əgər adi virus tutan on xəstə ortalama 13 nəfəri yoluxdurursa, 10 koronavirus daşıyıcısı 22 sağlam insanı yoluxdurur (2.2).

Lakin onu da nəzərə almaq lazımdır ki, SARS virusunun yoluxma səviyyəsi bundan bir qədər yüksək olub (təqribən 3), qızılca virusunda isə bu göstərici 12-dən çoxdur. Bu baxımdan karantin gözləmək vacibdir.

Bütün bu deyilənləri nəzərə alaraq, bu qədər qorxuya düşməyin nə dərəcədə doğru olub-olmaması barədə özünüz qərar verin.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3519   Tarix: 24 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914