DİN ata və oğlunun öldüyü hadisə ilə bağlı məlumat yaydı

DİN ata və oğlunun öldüyü hadisə ilə bağlı məlumat yaydıDaxili İşlər Nazirliyi Lerikdə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

BiG.AZ nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 22-də saat 8 radələrində Lerik rayonunun Orand kəndi ərazisində kənd sakini M.Rəhimov idarə etdiyi "UAZ" markalı avtomobili yolun kənarındakı maneəyə vuraraq dərəyə aşırıb. Nəticədə sürücü və sərnişinləri xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən Xəqani Rəhimov və 1 yaşlı oğlu Hüseyn orada ölüb.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1545   Tarix: 24 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş