"Azadlıqda olanda türməyə düşməyi arzulayırdım" – "Razboy" edən gənc məhkum – VİDEO

"Azadlıqda olanda türməyə düşməyi arzulayırdım" – "Razboy" edən gənc məhkum – VİDEO

ARB TV-nin “Rezonans” proqramında bu dəfə Nadir Əhmədov öz həyat hekayəsini danışıb.

Əhmədov Nadir – Məhkum (8 il): “Restoranların birində xidmətçi işləyirdim. Orada bir oğlanla tanış olmuşdum. Bir gün bu oğlanla oturduq yedik-içdik, sonra mənə dedi ki, gedək cinayət edək, mən də razılaşdım.

Bu dostumla getdik avtovağzala orada iki nəfəri çağırdıq tinə pul və telefon istədik. İmtina etdilər, bıçağı sinəsinə dirədik, pulların, telefonların verdilər bizə. Sonra onlarla razılaşdıq ki, gedib heç kimə, heç nə deməsinlər.

Sonra dərzidən paltar götürməyə gedəndə gördük bir uşaq gəlir, onu da dedik “razboy” edək. Uşaq razılaşmadı, qaçdı, söyüş söydü. Getdik şəhərdə gəzdik, gəldik ki, uşaq yenə həmin yerdədir. Çağırdıq kənara oğlan bıçaq çıxartdı vurdu bunu. O da öldü, biz də qaçdıq.

Valideynlərim də demişdi ki, elə uşaqlara qoşulma, məndə yaxşı deyib, onlara qulaq asmırdım. Bilirdim sonunun belə olacağını. Azadlıqda olanda da arzulamışam türmə həyatını görməyi. Yanımızda türmədən çıxanlar var idi, danışırdılar bu həyatdan, maraqlı gəlirdi, həvəslənirdim türməyə düşmək üçün. Gəldim özüm gördüm, başa düşdüm ki, elə də həvəslənəcək yer deyilmiş.

Sevdiyim qız da var idi, ondan bir cavab almamışdım doğrusu. Bura düşəndən sonra düşündüm ki, bu iş alınan iş deyil. Həbsdən çıxandan sonra ailə quracam, işləyəcəm, ailəmin yanında olacam. Daha gedib elə uşaqlara qoşulmayacam”.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1819 Tarix: 24.02.2020
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər