Bakıda DƏHŞƏT: Anasının əlindən çıxıb yola qaçan uşağı...
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Nəsimi rayonu, Moskva prospektində qeydə alınıb.
Belə ki, 159 nömrəli tam orta məktəbin şagirdi Kərimli Vaqif Sənan oğlu anasının əlindən çıxaraq yola qaçıb. Nəticədə "VAZ-2107" markalı avtomobil 10 yaşlı uşağı vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.
Həkim müayinəsindən keçdikdən sonra uşağa ənsə sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.//Report.az
BiG.Az


Xəbərlər Baxılıb: 3515 Tarix: 23 fevral 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş