Bakıda polislər qadının həyatını belə xilas etdilər - VİDEO

Bakıda polislər qadının həyatını belə xilas etdilər - VİDEOBakıda qadın xidmət aparan polis avtomobilinin qarşısında yıxılıb.

"Report"un xəbərinə görə, hadisə bu gün axşam saatlarında paytaxt küçələrinin birində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən qadının halı anidən pisləşib və müvazinətini itirərək yerə yıxılıb.

Bu zaman ərazidə olan Post Patrul Xidmətinin əməkdaşları qadına ilkin tibbi yardım göstərib, daha sonra onu xidməti avtomobillə xəstəxanaya çatdırıblar.

Hadisə anı digər avtomobildə olan video qeydiyyatçı vasitəsi ilə lentə alınıb. İlkin məlumata görə, hazırda qadının vəziyyəti yaxşıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1777   Tarix: 23 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş