Yeniyetmə 11 yaşlı uşağı diri-diri basdırdı

Yeniyetmə 11 yaşlı uşağı diri-diri basdırdı11 yaşlı uşağı öldürmək istəyən yeniyetmə onu diri-diri qarda basdırıb. Hadisə Rusiyanın Murmansk vilayətində baş verib.

Bu barədə Lenta.ru Rusiya İstintaq Komitəsinin regional idarəsinə istinadla xəbər yayıb.

Məlumata görə, 15 yaşlı yerli sakin uşağı döyüb, sonra onu boğmağa cəhd edib. Uşaq huşunu itirdikdən sonra isə yeniyetmə onun öldüyünü düşünüb və qarda basdırıb.

Zərərçəkən onu təsadüfən görən yerli sakinlər tərəfindən xilas edilib. Uşaq dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti normal qiymətləndirilir.

Yeniyetmə saxlanılıb. Hadisə ilə bağlı istintaqa başlanılıb.(oxu)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4792   Tarix: 22 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş