"Qulaqdibi" xəstəliyinin yayıldığı kəndin sakini: "Bu vəziyyəti gizlətməyə çalışırlar"

"Qulaqdibi" xəstəliyinin yayıldığı kəndin sakini: "Bu vəziyyəti gizlətməyə çalışırlar"Tovuzun Aşağı Quşçu kəndində "qulaqdibi" xəstəliyinin yayılmasına səbəb uşaqların xəstəxana binasında dərs keçmələri olub.

Bu barədə Oxu.Az-a kənd sakinlərindən biri məlumat verib. O iddia edir ki, kənddə xəstəliyin yaranmasına səbəb məktəblərdən birinin təmir üçün fəaliyyətini dayandırması olub:

"Tovuzun Aşağı Quşçu kəndində üç məktəb var: 1 saylı tam orta məktəb, İmran Bayramov adına kənd ümumi orta və İsmayl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəb. Bir neçə ay bundan əvvəl İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbi təmirə bağlanıb. Şagirdlərin tədris prosesi dayandığı üçün onlara dərs keçmək üçün boş bina axtarırdılar. Kəndin ikimərtəbəli böyük xəstəxanası var. Həmin bina tibb məntəqəsi kimi fəaliyyət göstərib. Tibb məntəqəsinin ikinci mərtəbəsi uzun illər istifadəsiz qalıb. İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbin şagirdlərini heç bir dezinfeksiya işi aparılmadan həmin otaqlara yığıb, dərs keçiblər. Xəstəliyin yaranmasına və qısa müddətdə yayılmasına səbəb bu olub.

Uşaqlar xəstələnməyə başlayıb. "Qulaqdibi" xəstəliyinin inkubasiya müddəti 21 gündür. Valideynlər isə bu müddəti gözləməyib. Uşaqlar dərslərindən geri qalmasınlar deyə məktəbdən saxlamayıblar. Belə-belə xəstəlik artıq epidemiya halı almağa başlayıb. Bu, bir neçə günün məsələsi deyil. Artıq dörd-beş aya yaxındır ki, vəziyyət belədir. Hətta xəstələnən uşaqlardan birinin vəziyyəti o qədər ağırlaşmışdı ki, onu təcili Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Kənd camaatı da bundan sonra təlaşlanmağa başladı".

Sakinin sözlərinə görə, məsələ o qədər ciddi hal alıb ki, artıq kənddə həkimlər tərəfindən yoxlamalar aparılır:

"Xəstəlik artıq digər kəndlərə də yayılıb. Bu səbəbdən Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzi yoxlamalara başlayıb. İlkin olaraq ehtimal edilir ki, "qulaqdibi" xəstəliyinin uşaqlar arasında kütləvi şəkildə yayılmasının səbəbi onlara düzgün peyvənd vurulmaması və ya peyvəndin ümumiyyətlə edilməməsidir. Bundan başqa eşitdiyimə görə, məntəqədə xadiməçilər tibb bacısı kimi staja götürülüblər".

Kənd sakini onu da bildirib ki, kəndin 10 minə yaxın əhalisi və üç məktəb binası var. Xəstəliyə isə daha çox uşaqlar yoluxur:

"Kənddəki uşaqların böyük əksəriyyəti "qulaqdibi" xəstəliyinə yoluxublar. Xəstələnənlər arasında çox az sayda böyüklər var. Bu səbəbdən kənd camaatı deyir ki, "xəstəlik artıq yoluxmağa uşaq tapmadığı üçün böyüklərə keçir". Uzun müddətdir ki, davam edən bu vəziyyəti gizlətməyə çalışırlar".

Xatırladaq ki, təmir üçün fəaliyyəti dayandırılan İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbin 1176 nəfər şagird üçün nəzərdə tutulub. Məktəbin üçmərtəbəli hazırkı binası 1976-cı ildə istifadəyə verilib. Hazırda məktəbdə 809 nəfər şagirdinin təlim-tərbiyəsi ilə 106 nəfər müəllim məşğul olur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6203   Tarix: 22 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133