Gənc Nərgizin acı taleyi: "Gözüm ondan başqasını görmürdü, amma mən ona pul üçün lazım idim"

Gənc Nərgizin acı taleyi: "Gözüm ondan başqasını görmürdü, amma mən ona pul üçün lazım idim""18 yaşımda valideynlərimin sözünə qulaq asmayıb, bir oğlana qoşulub qaçdım. Gözüm ondan başqasını görmürdü. Elə bilirdim ki, o da məni sevir. Ailələrimiz evlənməyimizə razı olmadı. Tək mən yox, o da ailəsinə qarşı çıxdı, evdən getdi. Hansı qız olsa, sevildiyini düşünər. Bakıya gəlib kirayə ev tapdıq. Amma sən demə, mən ona pul üçün lazım idim".

Oxu.Az yolu sığınacaqlara düşən qadınlardan birinin acınacaqlı həyat hekayəsini təqdim edir:

Müsahibimiz "sevgi"sinə görə evini, ailəsini, bacı-qardaşlarını itirən 1986-cı il təvəllüdlü Nərgiz Rüstəmovadır (ad şərtidir). Ailədə iki bacı, iki qardaş olduqlarını deyən Nərgiz indi hər şey üçün peşman olduğunu, ailəsi üçün darıxdığını deyir.

Hər şey Rüfətə (ad şərtidir) rast gəldiyim gündən sonra dəyişməyə başladı:

"Ata evində o qədər problemimiz olmayıb. Təhsil almamışıq, amma mehriban dolanırdıq. 17 yaşımdan işləməyə başlamışam. Rayonumuzdakı gözəllik salonunda xadimə işləyirdim. Orada günümə 3-4 manat pula görə, bir il işlədim. Bir gün işdən çıxanda onu gördüm. Çox yaraşıqlı oğlan idi. Aşiq oldum. Hər işdən çıxanda gözüm onu axtarırdı. Aradan bir müddət keçdi, onu görmədim.

Sonra bir gün yenə axşam saat 7-də işdən çıxırdım, gördüm kənarda dayanıb məni gözləyir. Yaxınlaşıb tanış olmaq istədiyini dedi. Mən də razı oldum. İlk görəndə ondan çox xoşum gəlmişdi. Nömrəmi götürdü. Bir müddət gizli-gizli danışdıq. O günə qədər ki, mən bu barədə anama dedim. Amma kaş elə anamın dediyinə əməl edərdim, onun arxasınca getməzdim".

Nərgiz deyir ki, Rüfət onunla evlənmək istədiyini bildirəndə ailəsi buna razı olmayıb. Bundan sonra onlar kənddən qaçıblar.

"Yaxın münasibətdə olduqdan sonra mənə münasibəti dəyişdi..."

Nərgiz başına gələnlərdən çox peşman olduğunu deyib:

"Anama bu barədə dedim. Rüfətin rayonumuzda hərbi xidmətdə olduğunu, bir il sonra hərbi xidmətini bitirib mənimlə evlənmək istədiyini dedim. Amma anam razı olmadı. Rüfətə görə çox ağladım, çox qurban verdim. Ona çox inanmışdım və sevmişdim. Buna görə də Rüfət əsgərliyini bitirdikdən sonra ona qoşulub Bakıya gəldim. Onda mənim 18 yaşım, Rüfətin 19 yaşı vardı. İşsiz-gücsüz Bakıda bir ev tutduq. Dostunun koməyi ilə bir ay birtəhər dolandıq.

O məni əmin edirdi ki, ailələrimiz yola gəlsin, toy edəcəyik. Sonra Rüfət mühafizəçi kimi işə başladı. Daha yaxşı evə keçdik. Az sonra isə o, işdən çıxdı. Mən də səhər dönərxanada, axşam isə gözəllik salonunda xadimə kimi işləyirdim. Hər günümə 6 manat dönərxanadan, 4 manat da gözəllik salonundan alırdım. İkinci işimə gedəndə üzərimdən yağ qoxusu gəlməməsi üçün evə gedib yuyunmaq istədim. Evə gələndə gördüm ki, qapı bağlıdır. Pəncərədən baxanda isə Rüfəti başqa qız ilə yataq otağımızda gördüm.

Dəli oldum. Heç sual verməyə imkan vermədi. Bircə onu dedi ki, işsiz idim, səndən istifadə etdim. Aşiq olduğuma, səninlə evlənmək istədiyimə inanmağın gülməlidir. O gün həyatıma nifrət etdim. O iş tapana qədər mən təmin edirdim hər şeyi. Anama qulaq asmadığım üçün peşman oldum. Evə qayıtmaq istəsəm də, qardaşlarım razı olmadı".

Nərgiz Rüfətdən ayrıldıqdan sonra bir gün işləyib, beş gün küçələrdə ac-susuz gəzdiyini deyirdi. Boyu bir qədər balaca olduğu, iş tapa bilmədiyi üçün günlərlə küçələrdə yatıb:

"Küçələrdə yatanda oyanacağıma ümidim olmurdu..."

"İş tapa bilmirdim, parklarda yatırdım. Bir gün parkda bir kişi mənə yaxınlaşdı. O məni evinə apardı. Bir müddət onunla yaşadım. Məni başa düşürdü, kömək edirdi. Qarşılıq gözləmirdi. Bir gün oğlanı anası rayona çağırdı. Danışanda başa düşdüm ki, ailəsi məni istəmir. Amma yenə də bir ümidlə onunla rayona getdim. Anası bizim ayrılmağımızı istədi. Dedi ki, apar qızı qoy Bakıya, qayıt gəl. Biz Bakıya qayıdanda yolda qəzaya düşdük. O öldü, mən isə ağır yaralandım. Yaddaşımda problemlər yarandı. O qəzadan sonra da ailəm mənə sahib çıxmadı".

Günü beş manata olan evlərdə qalan Nərgiz daha sonra ehtiyac səbəbindən yataq xəstəsi olan bir qadına baxmağa başlayır. İsti bir evdə qalmaq üçün işi qəbul etsə də, bu da çox uzun çəkmir. Qadın vəfat etdikdən sonra ailə onu evdən qovur. Yenidən parklara qayıdan Nərgizin taleyini sığınacaqla bağlayan isə "intihar" məsələsi olur:

"Qulluq etdiyim qadın öldükdən sonra ailəsi mənim evdən getməyimi istədi. Yenə qaldım parklarda, küçələrdə. Bir gün o qədər ürəyim ağrıdı ki, dənizin kənarına düşüb ağlamaq, ürəyimi boşaltmaq istədim. Yanımdan keçən qız məni gördü. Yaxınlaşıb nə üçün ağladığımı soruşdu, həyatıma ağlayıram dedim. Niyə ağlayırsan deyəndə, "həyatımdan bezmişəm" dedim. O da elə bildi ki, intihar edəcəyəm. Zorla qolumdan tutub məni dənizin kənarından çəkdilər. Sonra da polis çağırıb məni onlara təhvil verdilər. Onlara intihar etmək istəmədiyimi söylədim. Orada sadəcə, oturmuşdum. Polislər izahat aldıqdan sonra "hara gedəcəksən" deyəndə, cavab verməyə söz tapmadım. Onlar da məni sığınacağa gətirdilər. Bəlkə də o qız məni səhv başa düşməsə idi, sığınacaq bir yer tapa bilməyəcəkdim. Sağ olsunlar, məni sığınacağa qəbul etdilər. Bundan sonra həyatıma necə davam edəcəyimi bilmirəm. Amma bir yol tapacağıma əminəm. Bu qədər çətinlik məni öldürmədisə, yenə ölmərəm".

Nərgiz ailəsindən əlini üzdüyünü desə də, gözləri hələ də yoldadır. Etdiyi səhvlər onun həyatını məhv edib. Amma gözlərində hələ də bir ümid var idi...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2408   Tarix: 22 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 677
.

"Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qər

18.04.2024 356
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 287
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18.04.2024 568
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 286
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1783
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 156
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 116
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 376