Azərbaycanın Xalq artisti Hollivud ulduzu ilə yaxın qohum imiş - VİDEO

Azərbaycanın Xalq artisti Hollivud ulduzu ilə yaxın qohum imiş - VİDEOAzərbaycanın Xalq artisti Lüdmila Duxovnaya sən demə, amerikalı aktyor və ssenari müəllifi, rejissor və musiqiçi, "Məxfi materiallar" teleserialındakı agent Foks Malder roluna görə ikiqat "Qızıl qlobus" mükafatının sahibi Devid Duxovnının qohumu imiş.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, o, bu barədə jurnalist Səadət Qədirovanın "YouTube" şəbəkəsindəki "кadyrova.online" kanalında apardığı "Arzular gerçəkləşir" layihəsinin qonağı olarkən deyib.

Aparıcının Devid Duxovnı ilə qohumluq əlaqələrinin olub-olmadığı barədə sualına aktrisa müsbət cavab verib.

"Mənim babam və nənəm Bakıya Ukraynadan gəliblər. Babamın üç qardaşı da olub ki, ondan fərqli olaraq, yaşamaq üçün Qərbi seçiblər. Babam Bakını seçəndə yəqin çox cavan olub, nənəm də yaşda ondan kiçik olub. Ola bilsin, onlar buna görə isti ölkəyə gəlməyi seçiblər. Bundan əlavə, Azərbaycanda həmişə dostcasına və xeyirxah mühit olub", - deyə aktrisa bildirib.

Bibisi və əmisi oğlu Duxovnayaya məşhur aktyorun onların qohumu olduğunu bildiriblər. Bu faktı Devid Duxovnı ilə ünsiyyət qurmağa imkan tapan azərbaycanlı Şaiq Səfərov da təsdiqləyib.

Xalq artisti hesab edir ki, o, zahirən də Hollivud ulduzuna çox oxşayır. Lakin aktrisaya ulduz qohumu ilə şəxsən tanış olmaq nəsib olmayıb.

Devid Duxovnı "Məxfi materiallar"dakı agent Malderlə yanaşı, "Şəhvətpərəst Kaliforniya" teleserialındakı yazıçı Henk Mudi (Hank Moody) rolu ilə də şöhrət qazanıb. O, həmçinin "Consonlar ailəsi", "Dolça", "Məxfi", "Keçmişin sirləri" və digər filmlərdə də çəkilib.

Lüdmila Duxovnaya Rusiyanın "Fiqaro" aktyor mükafatının sahibidir. Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. Onun yaradıcılığının 55 illiyi həmçinin Bakıda Rus Dram teatrında qeyd olunub. Azərbaycan incəsənətinin qızıl fonduna daxil olan 120-dən çox tamaşada parlaq obrazlar yaradıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2962   Tarix: 22 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167