Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilibQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fevralın 21-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib.

Komitədən BiG.AZ-a bildiriblər ki, əvvəlcə Dövlət Komitəsinin və Xocalı Rayon İcra Hakimiyyətinin rəhbərləri, Goranboy rayonunda müvəqqəti məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər Xocalı abidəsini ziyarət ediblər.

Sonra qəsəbədəki Mədəniyyət Evində anım tədbiri keçirilib.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu diqqətə çatdırıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritdiyi, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görülməmiş qəddarlıqla divan tutduğu həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimizin, o cümlədən 106 qadının, 63 uşaq və 70 qocanın həlak olduğu, 487 dinc sakinin ağır yaralandığı, 1275 nəfərin girov götürülərək işgəncələrə məruz qaldığı xatırladılıb.

Həmçinin o zamankı iqtidarın öz konstitusion vəzifələrinin icrasına cinayətkar laqeydliyinin, ardı-arası kəsilməyən siyasi çəkişmələrin, respublikada yaranmış anarxiya və başıpozuqluğun bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratdığı qeyd edilib.

Bildirilib ki, Xocalı soyqırımına siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-sının "Xocalı soyqırımı günü" kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib.

Bu gün Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Xocalı soyqırımına beynəlxalq hüquq normaları çərçivəsində qiymət verildiyi, dünyanın bir sıra ölkələrinin, beynəlxalq təşkilatların, habelə ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanının Ermənistanı işğalçı dövlət kimi tanıdığı vurğulanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Xocalıya ədalət!" kampaniyasının bütün dünyanı əhatə etdiyi qeyd olunub.

Bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsi zamanı Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdiyi, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığı vurğulanıb.

"Dünyada nüfuzu durmadan artan Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək gücündədir və bunu mütləq edəcəkdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinin işğaldan azad olunan torpaqlarımızda yad ediləcəyi gün uzaqda deyildir", - deyə Komitə sədri bildirib.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək, soyqırımı qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu, rayon sakinlərinin dövlət qayğısı ilə əhatə olunduğunu deyib.

Daha sonra çıxış üçün söz Xocalıda hər iki valideynini itirmiş şəxslərə və faciə zamanı həyatını itirmiş şəhidlərin ailə üzvlərinə verilib. Onlar da bu faciə ilə heç bir zaman barışmayacaqlarını, bu soyqırımın bütün dünyaya çatdırılması istiqamətində işlər aparacaqlarını diqqətə çatdırıblar.

Tədbirin sonunda "Qırmızı nitq" filmi nümayiş edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən məktəbin ibtidai siniflərində təhsil alan şagirdlərə 110 gödəkçə, aztəminatlı ailələrdən olan məcburi köçkünlərə 80 kostyum, 60 palto və 110 yataq dəsti paylanılıb.

Bundan sonra isə Xocalı soyqırımı zamanı həlak olanlar üçün ehsan süfrəsi təşkil olunub.

Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilibXocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilibXocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilibXocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 498   Tarix: 22 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949