Bu meyvəni tez-tez yeyəndə belə olur

Bu meyvəni tez-tez yeyəndə belə olurSitrus meyvələrinin faydaları çoxlarına məlumdur. Çoxsaylı faydaları olan sitrus meyvələrindən biri də portağaldır.

Misirdən olan məşhur kardioloq Camal Şaaban, portağalın gündəlik istifadəsinin həkimə müraciətlərin sayını azaltdığını iddia edib. Mütəxəssis bu barədə sosial şəbəkədə məlumat paylaşaraq bildirib ki, portağalın tərkibində bədəni toksinlərdən, zərərli maddələrdən təmizləyən güclü antioksidanlar var, bu da ürək-damar sisteminin normal fəaliyyəti üçün çox vacibdir.

Onun sözlərinə görə, təbiətin bu qiymətli hədiyyəsində mövcud olan kalium duzları ürək ritminin sabitliyi, qan təzyiqi səviyyəsinin tənzimlənməsi üçün çox əhəmiyyətlidir.

Üstünlüklər siyahısında, damarlarda varikoz yaranmasının qarşısının alması, "yaxşı" xolesterol göstəricisinin normada qalması, xüsusilə də soyuq mövsümdə tənəffüs yolları infeksiyalarına qarşı müqaviməti artırıması da vurğulanıb.

Kardioloq əlavə edib ki, son tədqiqatlar da portağalın danılmaz faydalarını təsdiqləyib. On il ərzində izlənilən 2500-ə yaxın insanın qanında A, C, E vitaminlərinin konsentrasiyasını ölçdükdən sonra məlum olub ki, bu maddələrin nisbəti aşağı olan kişilərdə insult riski təxminən 2,5 dəfə artır.

Həmçinin ABŞ-dakı Klivlend Ürək Xəstəlikləri Mərkəzinin tədqiqatçıları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, altı həftə ərzində gündə iki stəkan portağal suyu içmək sistolik qan təzyiqinin təqribən 10 millimetr azalmasına kömək edir.

Bir sözlə, gündəlik olaraq portoğal istifadəsi ürəyin sağlamlığını qoruyur, qan təzyiqini normada saxlayır, belə olan halda həkimlərə tez-tez müraciət etməyə ehtiyac qalmır.
e-tibb.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2339   Tarix: 21 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Emin Ağalarov övladları ilə ƏYLƏNCƏLİ ANLARINI paylaşdı - FOTO

Xalq artisti Emin Ağalarov "İnstagram" hesabında yeni foto paylaşıb. xəbər verir ki, həmin foto da Eminin əkizləri və Əminə yer alıb. Əyləncəli anlarını çəkən Eminin bu fotosu olduqca maraqla qarşılanıb. Fidan Bayramova

09.09.2020 3394
.

Golf topu boyda albalı REKORD QIRDI, lakin... - VİDEO

İtaliyada bacı-qardaş öz fermalarında golf topu boyda albalı tapıbdılar. BİG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, giləmeyvə 0.88 unsiya (25 q) çəki ilə dünya rekordunu yeniləyib. Qeyd olunur ki, 25 yaşlı Sebastiano Zanoni və onun 22 yaşlı bacısı Selena nəhəng albalını Treviso ştatının Pae

23.06.2020 2438
.

Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafiz

21.09.2020 1812
.

Afaq Gəncəlidən göz oxşayan YENİ FOTOLAR

Tanınmış aparıcı Afaq Gəncəli sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, aparıcı "Instagram" hesabında yeni fotolarını paylaşıb. Aparıcının fotolarına izləyicilər tərəfindən çoxsaylı bəyəni və təriflər gəlib. Həmin fotoları təqdim edirik:

27.02.2021 4603
.

BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ

04.08.2020 687
.

Həyat yoldaşı Samir Piriyevdən boşanır: "Səbəbkar özüdür"

Son günlər müğənni Samir Piriyevin ailəsində baş verənlər gündəmdən düşmür. Özünü onun sevgilisi kimi təqdim edən qadın evinə hücum edərək ifaçının xanımı Anaraya xəsarət yetirib. Anara Piriyeva məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, boşanmalarına səbəb həmin qadın deyil:. "Onu

23.07.2020 11000
.

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEO

Böyük alim Albert Eynşteyn vaxtilə vurğulayıb ki, planetimizdə arılar yox olduğu zaman dünyanın sonu çatacaq. İnsanlar arılar olmadan cəmi 4 il yaşaya bilərlər. O, həmişə bəşəriyyətin Yer kürəsindəki bütün bal arılarını məhv etməklə özünü məhv edəcəyindən qorxub. BİG.AZ-ın -ya istinadən verdiyi xəbər

22.06.2020 7696
.

Bu MESAJLAR dərhal silinməlidir - XƏBƏRDARLIQ

Telefona gələn bəzi SMS ismarıclar dərhal silinməlidir. "Praym"ın məlumatına görə, bu barədə "Sinerqiya" Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib. Onun sözlərinə görə, bu xəbərdarlıq ilk növbədə bank əməliyyatlarının təsdiqlənməsi üçün göndərilən parolların

27.08.2020 2020
.

Bakıda ekspres avtobus xətlərinin iş qrafiki dəyişdirildi

Bakıda sərnişinlərin rahatlığını təmin etmək məqsədilə ekspres xətlərin iş qrafiki dəyişdirilib. Bakı Nəqliyyat Ağentliyindən (BNA) -a verilən məlumata götə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur

08.07.2020 1386