Qayınata toy günü bəyin boğazını kəsib öldürdü - FOTO

Qayınata toy günü bəyin boğazını kəsib öldürdü - FOTO

Tükiyənin Qaziantep rayonunda toyda faciə baş verib.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, 46 yaşlı Mehmet Gökbulud qızının toy günü kürəkəni Əsər Əfsanənin boğazını kəsərək öldürüb.

O, hadisəni törədəndən sonra polisə gedərək təslim olub.

Məhkəmə prosesində həmin şəxs törətdiyi əməli tam etiraf edib. Gökbuludun ifadəsinə görə, qızı Damla Ə.Əfsanənin onu zorla qaçırdığını və ona təcavüz etdiyini deyib. Gökbulud da Ə.Əfsanəni qızının namusunu təmizləmək üçün öldürüb.

Gökbulud bəyin hadisəyə müdaxilə edən anasını da bıçaqlayıb.

Hadisə şahidlərindən biri cinayətin əvvəldən planlaşdırıldığını deyib. Onun bildirdiyinə görə, bəyin qayınanası Ayyuş Gökbulud yallı gedənlərə gözyaşardıcı qaz paylayıb və özü də hadisə zamanı havaya gözyaşardıcı qaz püskürdüb.

Məhkəmə Gökbuludun həbsdə qalmasına qərar verib. Növbəti proses 2020-ci il may ayının 5-nə təyin edilib.

Qayınata toy günü bəyin boğazını kəsib öldürdü - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 7280 Tarix: 21.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər