SON DƏQİƏ: Bakının mərkəzində bina yanır - FOTOLAR

SON DƏQİƏ: Bakının mərkəzində bina yanır - FOTOLAR
Bakının Nəsimi rayonunda 28 may küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yanğın baş verib.

BAKU.WS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın sözügedən küçədəki yaşayış binasında başlayıb.

Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən maşını cəlb edilib. Xilasedicilər binadakı insanlar təxliyə edib.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

SON DƏQİƏ: Bakının mərkəzində bina yanır - FOTOLAR SON DƏQİƏ: Bakının mərkəzində bina yanır - FOTOLAR SON DƏQİƏ: Bakının mərkəzində bina yanır - FOTOLAR


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5629 Tarix: 20.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər