GMİ sədri: "SOCAR Gürcüstanda 72 məscidi təmənnasız qazla təmin edir"

GMİ sədri: "SOCAR Gürcüstanda 72 məscidi təmənnasız qazla təmin edir""Gürcüstanın müsəlman icmasına ən böyük dəstəyi Azərbaycan tərəfi göstərir".

Bunu "Report"un yerli bürosuna açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Şeyx Hacı Ramin İgidov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi olan "Socar Georgia Gas" şirkəti ölkədəki 72 məscidi təmənnasız təbii qazla təmin edir: "İbadət yerlərinin, xüsusən də qış aylarında, buna böyük ehtiyacı vardı. 2015-ci ildən başlayaraq məscidlərin təbii qazla təmin olunması üçün limitin ayrılması ilə bağlı "Socar Georgia Gas" şirkətinə müraciətlər edirik. Bütün müraciətlərimiz nəzərə alınır və Gürcüstanda ildən-ilə təmənnasız təbii qazla təmin olunan ibadət yerlərinin sayı artır".

GMİ sədri bildirib ki, şirkət məscidlərə bir il üçün 110 min lari məbləğində limit təqdim edib: "Hər bir ibadət yerinə orta hesabla illik 1600-1700 lari düşür. Bu məbləğ məscidlər arasında ədalətli bölünür. Yəni şəhər və rayondakı məscidlərə kəndlərdəki ibadət yerlərindən daha çox limit verilir".

R.İgidov qeyd edib ki, təmənnasız təbii qaz alan məscidlərin böyük əksəriyyəti Kvemo Kartli bölgəsində yerləşir: "Acarıstan və Pankisi bölgələrində də təbii qaza limitin təqdim edildiyi məscidlər var. Gürcüstanda 330-a yaxın məscid olsa da, bir çoxları təbii qazla təmin olunmayıb. Bu da həmin məscidlərin yerləşdiyi yaşayış məntəqələrinin hələ də qazlaşdırılmaması ilə əlaqəlidir".

GMİ sədri SOCAR şirkətinin müsəlman icmasına dəstəyini əvəzsiz adlandırıb: "Bu olduqca böyük dəstəkdir. İdarəmiz adından hər zaman şirkətə minnətdarlıq ünvanlayırıq. Gürcüstanın bütün müsəlman ruhaniləri şirkətin bu qayğısını yüksək qiymətləndirirlər".

GMİ sədri: "SOCAR Gürcüstanda 72 məscidi təmənnasız qazla təmin edir"Qeyd edək ki, 2014-cü ildən başlayaraq SOCAR, Azərbaycanda olduğu kimi, Gürcüstanda da məscidləri pulsuz təbii qazla təmin edir. Bu, Gürcüstanda yaşayan soydaşlarımızın milli və dini adət-ənənələrini qoruyub, saxlaya bilməsi üçün atılan əsas addımlardan biridir. Qeyd edək ki, şirkət qonşu ölkədə uzun müddət fəaliyyət göstərdiyi üçün Gürcüstanın pravoslav patriarxatına da pulsuz qaz kvotası ayırır, onlar isə bu kvotanı özləri ayrı-ayrı gürcü kilsələri arasında bölürlər. Gürcüstan Patriarxının açıqlamasına görə, hazırda qeyri-gürcü kilsələrinə pulsuz qaz kvotası şamil olunmur.

Şirkət, milli-mədəni irsimizin qorunması məqsədilə Kaxeti rayonunun Muğanlı kəndində "20 Yanvar" memorialını, Tbilisi şəhərindəki Heydər Əliyev sahil küçəsində Heydər Əliyevin büstünü ucaldıb, eləcə də Tbilisi və Rustavi şəhərlərində Heydər Əliyev parklarında abadlıq və təmir-bərpa işlərini həyata keçirib. Rustavi şəhərindəki Heydər Əliyev parkının yaxınlığında 2 yaşayış korpusunu bərpa etdirib.

"SOCAR Georgia" Tbilisi şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus Nəriman Nərimanov adına ev-muzeyinin təmir-tikinti işlərini gerçəkləşdirib. Eyni zamanda, bu şəhərdə M.F.Axundov adına muzeyin Azərbaycan mədəniyyəti və etnologiyasını təbliğ edən mədəni-maarifləndirici layihələrini maliyyələşdirilib. Şirkət, Gürcüstan türkləri" sənədli filminin çəkilişinə, "Buta" rəqs ansamblına, "Varlıq" mədəniyyət mərkəzi və azərbaycanlılara məxsus bir sıra QHT-nın mədəni-maarifləndirici proqramlarına maliyyə dəstəyi göstərib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 809   Tarix: 20 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428