Deputat: "Hərbçilərə mənzil verilməsində heç bir problem yoxdur"

Deputat: "Hərbçilərə mənzil verilməsində heç bir problem yoxdur"Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, onun müdafiəsinin əsas təminatçısı Silahlı Qüvvələrdir. Orduda xidmət edən hərbçi iyerarxiyası da yaxşı bilir ki, onun əsas vəzifəsi Ermənistanın işğalı altında olan torpaqları azad etməkdir və bu vəzifəsini icra etmək üçün hər an döyüşə hazırdır.

Hərbçiləri diqqətdə saxlamaq, xidmət şəraitini yaxşılaşdırmaq, sosial müdafiəsini gücləndirmək, mənzil-məişət problemlərini həll etmək də dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu işlərin tərkib hissəsi kimi hər il yüzlərlə mənzil tikilərək hərbçilərin istifadəsinə verilir, müxtəlif sosial layihələr həyata keçirilir. Ümumilikdə hərbçilərin sosial təminatı hansı vəziyyətdədir?

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı "Report"a açıqlamasında hərbçilərin sosial təminatı məsələsinin ölkədə həyata keçirilən siyasətin mərkəzində dayandığını deyib.

O bildirib ki, Prezident İlham Əliyevin siyasətinin mühüm prioritetlərindən biri xalqın həyat səviyyəsinin yüksəldilməsidir: "Bu baxımdan bütün kateqoriyalar üzrə hər il Azərbaycan dövlət büdcəsindən ciddi vəsait ayrılır və bu vəsaitlər hər il də artırılmaqda davam edir. Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, dövlətçiliyimizin konstitusion əsaslarının xarici müdaxiləyə qarşı qorunub saxlanılmasında Silahlı Qüvvələrimiz ciddi işlər görür. Bu baxımdan ordumuzda xidmət edən həm zabit, həm digər kateqoriyada olan hərbçilərimiz dövlətin daim diqqət mərkəzindədir. Onların əmək haqqı və ayrı-ayrı sahələr üzrə sosial müavinətlərinin artırılaraq həyat şəraitinin yaxşılaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün ciddi addımlar atılır. Mən tam məsuliyyətimlə deyirəm ki, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına dövlətimiz, ölkə Prezidentimiz xüsusi diqqət göstərir".

Deputatı Fəzail Ağamalı:

"Belə olmasaydı bizə müraciətlər daxil olardı".

F.Ağamalı hərbçilərin mənzillə təmin olunması prosesində, demək olar ki, heç bir problem olmadığını da vurğulayıb: "Bu gün hərbçilərin mənzillə təmin olunması prosesində, demək olar ki, heç bir problem yoxdur. Artıq onlar xidməti dövründə mənzillərlə, tam təmin edilirlər. Məndə olan məlumata görə, bu sahədə ciddi xarakter daşıyan hər hansı problem yoxdur. Ancaq hərbçilərin öz xidmət müddətini tamamlayandan sonra onların mənzillə təmin olunması prosesi ilə bağlı konkret biliyə malik deyiləm. Yəqin ki, əvvəlki illərlə müqayisədə bu istiqamətdə də irəliləyişlər var. Belə olmasaydı bizə müraciətlər daxil olardı".

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə hərbçilərin bugünkü sosial təminatı məsələsini belə şərh edib:

Deputat Asim Mollazadə:

"Çünki ordumuz bizim dayağımızdır, Azərbaycanın müstəqilliyinin təmanatçısıdır".

"Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların həyat şəraitinin, sosial təminatının ən yüksək səviyyəyə çatıdırlması üçün tədbirlər davam etdirilir. Onların sığortası, təqaüdü, mənzillərlə təmin olunması və bir sıra digər məsələlər daha da genişləndirilməlidir. Çünki ordumuz bizim dayağımızdır, Azərbaycanın müstəqilliyinin təmanatçısıdır. Bu istiqamətdə proses gedir, daha böyük addımlar atılacağına inanıram".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 942   Tarix: 20 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. "Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyin

10:11 545
.

Qaribaşvili: Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər. "Report"un yerli bürosu xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" Partiyasının sədri İrakli Qaribaşvili bildirib. "Əgər bizə desələ

15:29 0
.

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblər

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Bakı Şəhəri, Suraxanı rayonu ərazisində keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın aksız markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 2 377 qutu müxtəlif adda xarici markalı siqaretlər aşkar olunara

15:01 0
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub

10:03 436
.

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində

14:43 49
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 385
.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

13:00 156
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 196
.

Avqustda Milli Məclisə seçkilər keçirilə bilər

"Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək". xəbər verir ki, bu barədə -a məlumatlı şəxs bildirib. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxı

12:48 122