Mərkəzi Bank limiti ləğv etdi

Mərkəzi Bank limiti ləğv etdiAzərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin bugünkü qərarı ilə "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"na dəyişikliklər təsdiq olunub.

BiG.AZ xəbər verir ki, bu barədə Marja-ya Mərkəzi Bankdan bildirilib. Dəyişikliklərə əsasən, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.

"Qərar son illər ölkənin tədiyə balansı göstəricilərində müşahidə edilən yaxşılaşma prosesləri, gömrük nəzarətinin, bütövlükdə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələri nəzərə alınmaqla qəbul edilmişdir. Belə ki, hazırda tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin ümumi daxili məhsula nisbəti ikirəqəmli ədədlərlə ölçülür. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft ixracının təşviqi istiqamətində görülmüş işlər profisitli tədiyə balansının formalaşmasında həlledici rol oynamışdır. Cari əməliyyatlar hesabı ilə yanaşı son illər kapitalın və maliyyənin hərəkəti hesabında da əhəmiyyətli yaxşılaşma qeydə alınmışdır.

Valyuta rejiminin liberallaşdırılması həm də ölkədə sahibkarlıq üçün fəaliyət mühitinin daha da yaxşılaşdırılmasına dəstək olacaqdır. Məlum olduğu kimi cari ilin əvvəlində Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurası təsis edilmişdir. Bu Şurada qaldırılan prioritet məsələlərdən biri də ölkədə mövcud valyuta rejimi çərçivəsində idxal əməliyyatlarının tənzimlənməsinin liberallaşdırılması ilə bağlı olmuşdur",- Mərkəzi Bankdan bildirilib.

Yuxarıda adı çəkilən Qaydalara dəyişikliklər Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, əvvəl qüvvədə olan Qaydalara əsasən, xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan mal 270 gün ərzində Azərbaycan Respublikasına idxal edilməli idi. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda sahibkarlıq subyektləri yüksək məbləğdə cərimə edilirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1774   Tarix: 20 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22.04.2024 349
.

Mələkxanım Eyubovanın qızının toyundan ilk görüntülər -VİDEO

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. -ın məlumatına görə, müğənni Mərdan Kazımovla ailə quran Nəzrin toy çəkilişindən ilk görüntüləri sosial media hesabında paylaşıb. Videoda Mərdan "Sənə də qalmaz" mahnısını ifa edib. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötə

22.04.2024 1026
.

"Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistana qarşı apardığımız mübarizədə qələbə qazandıq"-POLİTOLOQ

"Ermənistanın Tavuş bölgəsi ilə həmsərhəd Qazax rayonuna aid edilən 4 məlum kəndin Azərbaycana qaytarılması haqqında əldə edilmiş razılıqlar tərəflər arasında demarkasiya məsələlərinin həllində ilk ciddi uğurdur və bu uğura görə Azərbaycan heç şübhəsiz ki, son 20 ildə onun dövlət idarəediciliy

22.04.2024 226
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

12:14 133
.

"Qardaşım ağır xəstədir, deyir mənə bir şey olsa..." - VİDEO

"Qardaşım "Dialez" xəstəsidir. Onlara da mən baxıram, mən dolandırıram". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgənbdərli "Space star" verilişinə açıqlamasında deyib. Sənətçi qardaşının xəstəliyindən danışaraq göz yaşlarına boğulub:

22.04.2024 487
.

"Aldığın hədiyyədən, ailəndən bizə nə?" - Nazpəri

"Hər xanım öz şəxsiyyətini düşünməlidir. Xanım həyatında kimlərsə, nələrsə varsa, bacardığı qədər münasibəti gizli saxlasın. Qadın nə qədər gizli olsa, nə qədər şəxsi həyatında olan, hətta ailsəi ilə münasibəti gizli saxlasa yaxşıdır. Onlar xalqı maraqlandırmır. Şəxsiyyətini qoruyan qadın özün

22.04.2024 592
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 267
.

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məlumatı onun vəkili Bəhruz Bayramov da təsdiq edib

22.04.2024 450
.

Nigeriyada atışmalarda 21 nəfər öldü

Nigeriyanın Plateau ştatında yerli əhaliyə qarşı hücumlar olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 21 nəfər ölüb. Hücumun fermerlərə qarşı olduğu bildirilib. Gənclər Hərəkatının milli sədri Sunday Dankaka müxbirlərə bildirib ki, hücum ştatın Manqu və Kuru vilayətlərində qeydə alınıb. Hücumlard

22.04.2024 190