Qalaktikamızın mərkəzində qeyri - adi KƏŞF

Qalaktikamızın mərkəzində qeyri - adi KƏŞF
Yaponiyalı astronomlar qalaktikamızın mərkəzində qaz buludlarının qəribə yerdəyişməsini müşahidə ediblər.

BiG.AZ-ın məlumatına görə, bu vəziyyət qalaktikanın bu rayonlarına qeyri-adi qara dəliklərin olmasından xəbər verir.

Tədqiqatçılar müəyyən ediblər ki, bu qaz buludları görünməyən obyektin ətrafında dövr edirlər və onların kütləsi Günəşin kütləsindən 10 min dəfə çoxdur. Bir bulud 3 hissədən ibarətdir. Onlardan biri qara dəliyin ətrafında dövr edir.

Çünki qaz buludu həlqəvaridir və sürətlə hərəkət edir. Bu isə hansısa görünməyən kosmik cisimdən xəbər verir. Əgər bu həqiqətən qara dəlikdirsə, onun qravitasiya radiusu Neptun və ya Urandan böyükdür. Yapon astronomlar tərəfindən kəşf edilən obyekt qara dəliyə "namizəd" olan beşinci obyektdir.

Bu tip obeyktləri alimlər qara dəliyə aid edirlər. Amma qara dəliyin mövcudluğu hələ sübut edilməyib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 768 Tarix: 18.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər