Ekspert: "Yüksək Sıxlıqlı Polietilen Zavodu Azərbaycana böyük gəlirlər gətirəcək"
Bu gün "SOCAR Polymer"in Sumqayıt Kimya Sənaye Parkı ərazisində yerləşən ikinci zavodu - Yüksək Sıxlıqlı Polietilen Zavodunun istifadəyə verilməsinin bir ili tamam olur. Zavod gündəlik 330 ton, illik 120 min ton yüksək sıxlıqlı polietilen istehsal gücünə malikdir. Zavodun mühəndislik, təchizat və tikinti işlərini "Maire Tecnimont" şirkəti həyata keçirib. Zavodda istehsal olunan məhsulun 25%-i daxili bazar, 75%-i ixrac üçün nəzərdə tutulub. İstehsal olunmuş məhsul dəmiryolu, dəniz və quru yolla daşınır. Polietilen istehsalı üçün əsas xammal qismində istifadə edilən etilen qazı SOCAR-ın Sumqayıtdakı "Azərikimya" İstehsalat Birliyində istehsal edilir. İlkin olaraq polietilen toz halında əldə edilir, sonra dənəvər hala gətirilərək qablaşdırılır və satışa təqdim edilir.
Polietilen dünyada ən geniş yayılmış polimer növüdür. Yüngül çəkiyə və yüksək möhkəmliyə malikdir. İqtisadi cəhətdən səmərəli xammaldır. "SOCAR Polymer"in zavodunda 9 növdə ağ rəngli və 3 növdə isə qara rəngli polietilen istehsal olunur. Yüksək sıxlıqlı polietilendən kənd təsərrüfatı, boru sistemləri, ərzaq qablaşdırılması, tikinti materialları, Kimyəvi maddə və kosmetika, Avtomobil sənayesi, İstehlak və məişət malları, Tibbi təyinatlı mallar, Elektron cihazların hissələri və elektrik mallarının istehsalında xammal kimi istifadə olunur.
Zavodda təxminən 300 nəfər daimi işlə təmin edilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsinin müəllimi Nemət Abbasov zavodun əhəmiyyətindən danışaraq bildirib ki, Yüksək Sıxlıqlı Polietilen Zavodu Azərbaycan iqtisadiyyatı üçün vacib zavoddur.
O qeyd edib ki, bu zavodun ölkədə inşa edilməsi yüksək sıxlıqlı polietilen məhsulunun daxili istehsal hesabına ödənilməsinə imkan yaradır.
"Bildiyiniz kimi, Yüksək Sıxlıqlı Polietilen Zavodu Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilib. Zavodda illik istehsal gücü 120 min ton nəzərdə tutulub. Bu, Azərbaycanın neft-kimya tarixində ilk Yüksək Sıxlıqlı Polietilen Zavodudur. Zavod Azərbaycana böyük gəlirlər gətirəcək. Çünki bu zavod inşa olunana qədər yüksək sıxlıqlı polietilen məhsulunu xaricdən idxal edirdik. Məhsulun xaricdən alınması isə xaricə valyuta axınına səbəb olurdu. Bu zavodun istismara verilməsi ilə idxalı dayandırmış olduq, yəni bu məhsulla bağlı xaricə valyuta axınının qarşısı alınmış oldu. Azərbaycanda belə bir zavodun inşası sayəsində isə daxili tələbat ödənilir, həm də ilk dəfə olaraq ölkədən yüksək sıxlıqlı polietilen məhsulu ixrac olunur. Bu da iqtisadiyyat üçün vacib faktordur", - o əlavə edib.
N.Abbasov zavodun kiçik biznesin inkişafına da töhfə verdiyini vurğulayıb: "Belə bir zavodun Azərbaycanda inşa olunmasından yüksək sıxlıqlı polietilendən xammal olaraq istifadə edən sahibkarlar yaxşı yararlana bilərlər. Məhsulun ölkədə istehsal olunması onun daha ucuz başa gəlməsinə və xaricdən asılılığın aradan qaldırılmasına səbəb olur".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 637 Tarix: 18 fevral 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq
Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey
18.04.2024 456 Bakıda gecə intihara cəhd olub - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl
09:54 324 Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"
Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində
11:00 559 "Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq
Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma
16:24 65 Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb
Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy
18.04.2024 278 BDU-nun tələbəsi intihar etdi
Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald
10:32 694 "Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qər
18.04.2024 460 "Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı
"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib
18.04.2024 324 "Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova
Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur
18.04.2024 676