"Bakıda nəqliyyat sektorunda görülən işlərin intensivliyi artacaq"

"Bakıda nəqliyyat sektorunda görülən işlərin intensivliyi artacaq""Ölkə prezidentinin ictimai nəqliyyata, ümumilikdə Bakıda nəqliyat infrastrukturuna diqqəti və yanaşması son illər özünü daha qabarıq şəkildə götərir. Son vaxtlar Prezident tez-tez bu sahə ilə maraqlanır. Bu yaxınlarda "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin açılışında da ölkə rəhbəri bu barədə maraqlandı və ona parklanma və digər məsələlər barədə məlumat verildi. O baxımdan düşünürəm ki, yaxın vaxtlarda bu istiqamətdə daha böyük irəliləyişlər əldə olunacaq".

Bu sözləri açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

"Çünki ölkə rəhbəri məsələyə nəzarəti intensivləşdiribsə, deməli görüləsi işlərin də intensivliyinin artması qaçılmazdır. Bu gün Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli ilə görüşdə Prezidentin, xüsusilə, ictimai nəqliyyat məsələsinə yanaşması, parklanma ilə bağlı fikirləri mənim üçün çox xoş oldu. Prezident özü bu məsələlərlə birbaşa maraqlanır və vəziyyətdən məlumatlıdır. Düşünürəm ki, onun verdiyi tövsiyyələr də yerinə yetirildikdə artıq ictimai nəqliyyat və digər sahələrdə olan problemlər də aradan qalxacaq.

Ölkə başçısının da vurğuladığı kimi BNA-nın ötən ilki fəaliyyəti həqiqətən qənaətbəxş olub. Piyada səkilərinin müəyyən tələblər çərçivəsində qurulması və bu istiqamətdə yeniliklərin edilməsi, ictimai nəqliyyatda kart sisteminin tətbiqi, ölkəyə yeni avtobusların gətirilib dövriyyəyə buraxılması, ətraf mühitin qorunması üçün BNA-nın sıxılmış qazla işləyən, daha müasir tələblərə cavab verən avtobuslara meyllənməsi və digər addımlar vətəndaşlara xidmət və ətraf mühitin qorunması baxımından çox önəmli faktorlardır. Bunları dəyərləndirmək lazımdır.

Görüşdə Prezident bir çox məsələlərlə bağlı tövsiyyələrini verdi. Xüsusilə parklanma ilə bağlı vətəndaşlarımızın narazılığı var və Prezident özü də bunu ifadə etdi ki, biz əvvəl şərait yaratmalı, sonra vətəndaşlardan qoyulan tələblərə riayət etməyi tələb etməliyik. Düşünürəm ki, bu istiqamətdə də müəyyən addımlar atılsa, BNA-nın növbəti illərdə də fəaliyyəti bu günkü görüşdə olduğu kimi təqdir olunacaq".

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. Görüşdə ölkə başçısı Bakı Nəqliyyat Agentliyinin keçən ili yaxşı nəticələrlə başa vurduğunu, görülən işlərin bir hissəsi ilə özünün şəxsən tanış olduğunu bildirib, keçən ilin agentlik üçün uğurlu il olduğunu vurğulayıb. Eyni zamanda, ölkə başçısı qeyd edib ki, görüləsi işlər hələ çoxdur və əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 470   Tarix: 18 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

14:17 382
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 281
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 653
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

17:49 18
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 929
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

17:11 92
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 685
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

12:40 210
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

17:48 30